• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Statistikadan statistikaya fərq var

  • 22 Yanvar 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

İqtisadçı Rövşən Ağayev Dövlət Statistika Komitəsinin qiymət hesabatının bəzi məqamlarına diqqət yetirib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, komitə hər ay 140-a yaxın ərzaq məhsulunun ölkə üzrə orta pərakəndə satış qiymətini açıqlayır: “Rəsmi siyahıda eyni məhsul çeşidi iki qrupa bölünür, yerli məhsulun və idxal məhsulunun pərakəndə satış qiymətlərini ayrıca görmək mümkündür.

Hesabata əsasən, 2020-ci ilin noyabr ayının sonuna idxal məhsulları səbətində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2%-lik bahalanma qeydə alınıb. Amma eyni dövrdə idxal olunan hazır qida məhsullarının qiymət indeksinin 17%, bitki mənşəli məhsulların qiymət indeksinin 10%-ə yaxın artdığı görünür. İdxal qiymətini şərti olaraq topdansatış qiyməti də saya bilərik. Bu baxımdan pərakəndə satış və topdan idxal qiymətləri arasında böyük fərq diqqət çəkir.

Başqa məqam: yerli ərzaq məhsulları səbətinin pərakəndə satış qiymətləri 5,2% artıb. Bu artımın əsas səbəbi istehsalın bahalaşmasıdır. 2020-ci ildə bitkiçilik məhsullarının istehsalçı qiymət indeksi 5,1%, heyvandarlıq məhsullarının istehsalçı qiymət indeksi 4,5% yüksəlib.

Təəssüf ki, Dövlət Statistika Komitəsi məhsul növləri üzrə topdansatış qiymətlərə dair mütləq məbləğləri dərc etmir. Məsələn, Rusiya statistikasında bir ton taxılın, soğanın, bir ədəd yumurtanın istehsalçı qiymətinin il ərzində necə dəyişdiyi verilir. Belə statistika konkret məhsul növləri üzrə topdan və pərakəndə satış qiymətlərinin dinamikasını müqayisəli izləmək üçün çox önəmlidir”.

“Əslində hamı sosial məsafə arzulayırdı”

  • 22 Yanvar 2021
  • comments

Tədris ocaqları açılır

  • 22 Yanvar 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda