Mərkəzi Bankın rəsmi məzənnə siyahısındakı xarici valyutaların 9-u Azərbaycan manatından bahadır. Novator.az-ın məlumatına görə, yanvarın 22-də Küveyt dinarı banklara 5,6142, İngiltərə funt sterlinqi 2,3318, avro 2,0695, İsveçrə frankı 1,9210, ABŞ dolları 1,7, Kanada dolları 1,3424, Avstraliya dolları 1,3171, Sinqapur dolları 1,2839, Yeni Zelandiya dolları 1,2231 manata təklif olunur.
Bir çox valyuta, o cümlədən Belarus rublu (0,6699 manat), BƏƏ dirhəmi (0,4628 manat), Çin yuanı (0,2628 manat), Gürcüstan larisi (0,5153 manat), Hindistan rupisi (0,0233 manat), İsrail şekeli (0,5192 manat), Qazaxıstan təngəsi (0,0041 manat), Qırğızıstan somu (0,0202 manat), Moldova leyi (0,0972 manat), Rusiya rublu (0,0230 manat), Səudiyyə Ərəbistanı rialı (0,4532 manat), Türkiyə lirəsi (0,2305 manat), Tacikistan somonisi (0,1506 manat), Türkmənistan manatı (0,4857 manat), Ukrayna qrivnası (0,0602 manat) manatdan ucuzdur.
100 İran rialı 0,0040 manata, 100 Özbəkistan somu 0,0162 manata, 100 Yaponiya yeni 1,6415 manata satılır.
2015-ci ilin devalvasiyaları nəticəsində dolların rəsmi məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəlib.
2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb.
2017-ci ilin fevralında maksimal qiymət qeydə alınıb: 1,92 manat. Həmin ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Dövlət Neft Fondu Mərkəzi Bankın 2016-2020-ci illərdə keçirdiyi valyuta hərraclarında 28,9 milyard ABŞ dolları məbləğində vəsait satıb. Manatı qorumağa 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard dollar sərf edilib.