• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dünyanın ən böyük peyvənd müəssisələrindən birində yanğın

  • 22 Yanvar 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiXəbər

Hindistanın Peyvənd İnstitutunda yanğın baş verib.

Novator.az saytı ABŞ-ın CNN kanalına istinadla xəbər verir ki, Hindistanın Peyvənd İnstitutu dünyada vaksin istehsalı ilə məşğul olan ən böyük müəssisələrdən biridir. 50 il qabaq yaradılıb. Daha ucuz qiymətə peyvəndlər istehsal edir.

Hazırda institut koronavirus infeksiyasına qarşı “Covishield” adlanan vaksinin istehsalı ilə məşğuldur.

İnstitut “Covishield” vaksininin istehsalını Böyük Britaniyanın Oksford Universiteti və Britaniya-İsveç şirkəti olan “AstraZeneca” ilə birgə həyata keçirir.

Yanğın institutun altı mərtəbəli binasının bir mərtəbəsində baş verib, başqa mərtəbələrə qismən ziyan dəyib.

Hadisəyə binada aparılan əlavə tikinti işləri zamanı ehtiyatsızlıqdan yol verilmiş xətanın səbəb olduğu ehtimal edilir.

Yanğın zamanı beş nəfər ölüb, dörd nəfər xəsarət alıb. Onların inşaatıçılar olduğu bildirilir.

İnstitut bəyan edib ki, yanğın hadisəsi peyvənd istehsalında fasiləyə səbəb olmayacaq. Çünki binada əvvəlcədən fövqəladə hallara hazırlıq məqsədilə ehtiyat otaqlar ayrılıb. Hazırda “Covishield” peyvəndinin istehsalına ara verməmək üçün həmin otaqlardan istifadə olunacaq.

Hindistanın Peyvənd İnstitutunda milyonlarla dozada “Covishield” peyvəndi hazırlanır. İnstitut yaxın vaxtda istehsalı yüz milyonlarla dozaya çatdırmağı planlaşdırır.

“Covishield” peyvəndi əsasən Hindistanda istifadə üçün nəzərdə tutulub. İnstitut bu vaksinin xarici ölkələrə ixrac ediləcəyini də açıqlayıb.

Mənbə: CNN.com

Tədris ocaqları açılır

  • 22 Yanvar 2021
  • comments

Qiymət həmin qiymət olacaq

  • 22 Yanvar 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Elm
  • Hadisə
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda