Energetika Nazirliyinin 19 yanvar məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 55,37 dollara satılır.
Azərbaycanın 2021-ci il büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb.
“AzəriLayt” 2021-ci ilə 50,92 dollarla başlayıb.
Beynəlxalq razılaşmaya görə, Azərbaycan 2021-ci ilin yanvar-mart aylarında gündəlik xam neft hasilatını 595 min barrel həcmində saxlamalıdır.
Novator.az bildirir ki, hasilat razılaşmasını iri neft ixracatçıları – OPEK ölkələri (Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Qabon, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela) və 10 qeyri-OPEK ölkəsi (Azərbaycan, Bəhreyn, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan) əldə edib.