• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Navalnı olayına Azərbaycanda nə deyirlər?

  • 18 Yanvar 2021
  • Posted in Dünyanın səsiManşetŞərh
0
SHARES
FacebookTwitterPinterest

Rusiyada müxalifətin əsas lideri sayılan Aleksey Navalnı yanvarın 17-də Almaniyadan vətənə qayıdıb və paytaxt Moskvada, Şeremetyevo aeroportunda tutulub.

1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib.

2004-cü ildə Aleksey Navalnı korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub.

2005-ci ildə “DA!” gənclər hərəkatının, 2007-ci ildə “Xalq” hərəkatının yaranmasında iştirak edib.

2011-ci ildə Rusiya Dövlət Dumasına seçkilər vaxtı və ondan sonra Aleksey Navalnı hakimiyyətə qarşı kütləvi aksiyaların əsas təşkilatçılarından olub.

2013-cü ildə Moskva meri seçkisində iştirak edib, ikinci yeri tutub.

2018-ci ildə Rusiyada prezident seçkisində iştirak etmək istəsə də, Mərkəzi Seçki Komissiyası məhkumluğu olduğunu əsas gətirərək onun namizədliyini qeydə almayıb.

Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya uçarkən özünü pis hiss edib, huşunu itirib, Omsk şəhərində təcili eniş zərurəti yaranıb. Omskda 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Navalnı avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub.

Aleksey Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.

“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran siyasətçi bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada Navalnıya qarşı cinayət işinə başlanıb. O, şərti həbs cəzası qaydalarını pozmaqda ittiham olunur.

Aleksey Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib.

Hazırda Aleksey Navalnı Gələcək Rusiya Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir.

Onun həbsi Azərbaycanda da reaksiya doğurub. Novator.az-ın məlumatına görə, Müsavat başqanı Arif Hacılı yazır ki, Aleksey Navalnının cəsarətli addım atıb ölkəsinə qayıtması Rusiyada avtoritar rejimin çökməsini sürətləndirəcək: “Prezident Vladimir Putinin adətən 70-80 faiz olan reytinqi 40 faizdən aşağı düşüb. Belə görünür ki, Putinin Azərbaycana hərbi qüvvə yeritmək kimi “hərbi-siyasi uğuru” da onun hakimiyyətini xilas edə bilməyəcək”.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu qeyd edir ki, Rusiya əhalisinin Putin hakimiyyətindən narazılığı indiki qədər yüksək olmayıb, getdikcə daha da artacağı proqnozlaşdırılır: “Putin hakimiyyətinin sonunu görür, rəqiblərini susdurmaqla onu uzatmağa çalışır. Navalnının sonuncu çıxışlarından birinin 37 milyon izləyicisinin olması Rusiya hakimiyyətini ciddi narahat edir”.

Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov qeyd edir ki, Navalnı Rusiyaya parlament seçkisi ilində dönüb: “Həbsi onun seçkidən kənar qalması, təşviq etdiyi “ağıllı səsvermə” prinsipinin səmərəsini azalda bilər. İndiyədək Navalnı saxtakarlığa baxmayaraq hər kəsi seçkidə iştirak etməyə və hakim Vahid Rusiya Partiyasından başqa istənilən siyasi qüvvəyə səs verməyə çağırırdı. Həbsdə qalsa, bu üsulun lazımi nəticə vermək ehtimalı azalır. Amma güman edirəm Navalnı nə iş gördüyünü yaxşı bilir, çünki biz Rusiyanın daxili siyasəti haqda onu qədər məlumatlı ola bilmərik”.

AXCP funksioneri Fuad Qəhrəmanlı hesab edir ki, Navalnını həbsdə saxlamaq mümkün olmayacaq: “Putin bu həbslə Qərbin daha kəskin və genişmiqyaslı təzyiqlərinə əsas verir. Sonra Navalnını azadlığa buraxmağa məcbur olanda öz rəqibinin qarşısında daha zəifləmiş duruma düşəcək. Ona görə də bu həbs indiki şərtlərdə Navalnıya Putindən daha çox lazımdır”.

Politoloq Azər Qasımlı qeyd edir ki, Aleksey Navalnı avtoritar rejimlərə qarşı mübarizə aparan siyasətçilərdə ən vacib cəhətin prinsipiallıq, ardıcıllıq və cəsarət olduğunu bir daha göstərdi: “Navalnı cəsarətli hərəkəti – həyatına sui-qəsd edilən Rusiyaya qayıtmaqla avtoritarın oyun qaydalarını pozdu, həm də onu öz oyununa gətirdi. Yaxın zamanda Rusiyada hakimiyyət dəyişikliyini gözləməsəm də, ölkənin sistemdən xaric siyasi liderinin hərəkətinin siyasi proseslərə ciddi təsiri olacaq. Rusiyada baş verənlərin isə bizə təsiri şübhəsizdir. Lakin hər bir halda Azərbaycanda dəyişikliklərin memarı özümüz olmalıyıq”.

Azərbaycanda vaksinasiya FOTO

  • 18 Yanvar 2021

Kapitulyasiya arayışı

  • 18 Yanvar 2021

Son materiallar

comments
ManşetXəbər

Vəkilliyə xitam

comments
ManşetXəbər

Prezident: “Məcbur edəcəyik onları”

comments
Dünyanın səsiXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
Dünyanın səsiXəbər

Ermənistan “Avroviziya 2021”dən imtina etdi

Rəylər

Do not miss

comments
ManşetXəbər

Vəkilliyə xitam

Son materiallar

comments
ManşetXəbər

Vəkilliyə xitam

comments
ManşetXəbər

Prezident: “Məcbur edəcəyik onları”

comments
Dünyanın səsiXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
Dünyanın səsiXəbər

Ermənistan “Avroviziya 2021”dən imtina etdi

comments
Dünyanın səsiXəbər

Mübariz Mənsimov həbsdən çıxdı

comments
Dünyanın səsiManşetŞərh

“The Economist”: “Putinlə Ərdoğan güc siyasəti qardaşlığı qurublar”

comments
ManşetXəbər

Hakim partiya necə yenilənir?

comments
ManşetŞərh

Qadınlar: parlamentdə və…

comments
ManşetXəbər

YAP-ın qurultayı gedir

comments
ManşetTribunaYazarlar

Qaynamayan xətt

comments
ManşetTribunaYazarlar

Hamı inanırdı…

comments
Dünyanın səsiManşetXəbər

Müsavat parlamentə müraciət etdi

comments
ManşetXəbər

İmtahan qaydalarında yenilik

comments
ManşetXəbər

1,7-li 3 il

comments
Dünyanın səsiManşetXəbər

“Ermənistan özünü normal apararsa…”

comments
Dünyanın səsiManşetXəbər

Baş nazirin Rusiya ilə gizli sövdələşməsi üzə çıxıb

comments
Dünyanın səsiManşetXəbər

İqtisadi azadlıq: Azərbaycan əsasən azad ölkədir

comments
Dünyanın səsiManşetXəbər

Manukyana cinayət işi

comments
Dünyanın səsiManşetŞərh

İkiqat maska virusun qarşısını necə alır? – “Sky News”

comments
ManşetXəbər

Müsavatın təklifləri

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda