• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Koronavirus eşitmə qabiliyyətinə təsir edirmi?

  • 15 Yanvar 2021
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiŞərh

Koronavirus infeksiyası eşitmə qabiliyyətinə təsir edirmi?

Novator.az saytının məlumatına görə, İsrailin Tel-Əviv Universitetinin, Qaliley Tibb Mərkəzinin və Bar-İlan adına Universitetin alimləri bu məsələni araşdırıblar.

Araşdırmanın nəticəsi haqda İsrailin “Yerusəlim Post” qəzetində yazı dərc olunub.

Tel-Əviv Universitetinin tibb fakültəsinin professoru Karen Avraam qəzetə açıqlamasında deyib ki, koronavirusa yoluxan adamlarda iybilmə və dadbilmənin zəiflədiyi bəllidir, virusun eşitmədə problem yaradıb-yaratmaması isə həkimlər, alimlər arasında müzakirə mövzusudur: “Bəzi həkimlər deyirlər ki, koronavirusa yoluxan adamlarda eşitmə qabiliyyəti də zəifləyir. Yəni həkimlər təcrübədə bunu müşahidə etdiklərini söyləyirlər və problemi birbaşa virusla əlaqələndirirlər. Məsələ burasındadır ki, belə bir hökm verməzdən qabaq simtomun xarakterik xüsusiyyəti öyrənilməlidir. Bizim üçün vacib olan bunu araşdırmaq, konkret elmi nəticə əldə etmək idi”.

Karen Avraamın sözlərinə görə, onlar, yəni Tel-Əviv Universitetinin, Qaliley Tibb Mərkəzinin və Bar-İlan adına Universitetin alimləri problemi pandemiyanın ilk dalğası başlanandan araşdırmağa başlayıblar. Tədqiqat eşitmədə ortaya çıxan problemin koronavirusla birbaşa əlaqəsi olmadığını göstərib: “Koronaviruslu pasiyentlərin eşitmədə yaşadığı problemlər məhz virusa xas simptom deyil. Bu, soyuqdəymə, zökəm zamanı qulaqların tıxanması kimi müvəqqəti bir haldır”.

Qaliley Tibb Mərkəzinin həkimi Amiel Dror da bildirib ki, tədqiqat COVİD-19-un eşitmə sensorlarına heç bir zədə vurmadığını təsdiqləyib: “Biz öz araşdırmamız zamanı beyinin bioelektrik aktivliyini, qulağın eşitmə dalğasına təsirini, akustik stimulları, eşitmə kanalı ilə beyinin elektrik dalğası arasında əlaqələri öyrənmişik. Həmçinin qulaqdakı tüklü hüceyrələri tədqiq etmişik, axı bu hissə qulağa çatan səsin balanslaşdırılmasında, ötürülməsində böyük rol oynayır. Virusa yoluxanlarla sağlam şəxslər arasında geniş müqayisə, təhlil aparmışıq. Bu işə koronavirusun ilk dalğası ortaya çıxandan, aprel ayından başlamışıq. Tədqiqata könüllüləri cəlb etmişik. Belə bir tədqiqat uzun zaman tələb etsə də, qısa vaxtda nəticə ortaya qoya bilmişik”.

Amiel Dror qeyd edib ki, virusun orqanizmdə törətdiyi fəsadlar barədə çox söz danışılır: “Amma biz üzə çıxardıq ki, virus insanın eşitmə qabiliyyətinin zəifləməsinə, yaxud tamamilə itirilməsinə səbəb olmur. Əksini deyənlərin heç bir elmi dəlili yoxdur”.

Tədqiqatda iştirak etmiş Bar-İlan adına Universitetin alimi Eyalem Sila da bildirib ki, COVİD-19 infeksiyasına yoluxan adamların eşitmədə yaşadığı problemləri xəstəliyin əlaməti kimi qiymətləndirmək olmaz: “Bu, soyuqdəmədə olduğu kimi ötəri qulaqbatmadır, qulaqda yağlanmanın doğurduğu müvəqqəti haldır”.

İsrail alimləri öz tədqiqatlarının obyektivliyinə tam zəmanət verirlər və koronavirusun fəsadları barədə dəlilsiz danışanları adamları əsassız yerə qorxutmaqda qınayırlar.

Mənbə: Jpost.com

Şuşa səfərindən VİDEOLAR

  • 15 Yanvar 2021
  • comments

Putin niyə “peyvənd nəhəngi” ola bilmədi?

  • 15 Yanvar 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Elm
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda