Dövlət Statistika Komitəsinin hesabatına görə, 2020-ci ildə Azərbaycanda 72,4 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu, 2019-cu illə müqayisədə 4,3 faiz azdır.
Novator.az rəsmi statistikaya əsasən bildirir ki, 2020-ci ilin azalması son illərin ikinci böyük tənəzzülüdür.
1995-ci ildə ÜDM əvvəlki ilə nisbətən 11,8 faiz geriləyib.
1996-cı ildən ümumi daxili məhsulun həcmi artıb. Ən böyük artım 2006-cı ildə olub: 34,5 faiz.
20 ildən sonra ilk tənəzzül 2016-cı ilə düşüb: ÜDM istehsalı 2015-ci ilə nisbətən 3,1 faiz azalıb.
2017-ci ildə 0,2 faizlik, 2018-ci ildə 1,4 faizlik, 2019-cu ildə 2,2 faizlik artım rəsmiləşib.