• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nümayəndələr Palatası Trampa impiçment elan edib

  • 14 Yanvar 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsi

ABŞ Konqresinin aşağı palatası olan Nümayəndələr Palatası prezident Doland Trampa impiçment elan olunması haqda qərar qəbul edib.

Novator.az saytının məlumatına görə, 232 konqresmen qərarın lehinə, 197-si əleyhinə səs verib. Lehinə səs verənlərin 10-u Respublikaçılar Partiyasının, qalanları Demokratlar Partiyasının üzvləridir.

İmpiçment qərarı qiyama təhrik ittihamı ilə qəbul olunub. Qərarda deyilir ki, prezidentin davranışı ağır cinayətlər kateqoriyasına uyğundur.

İmpiçmentin qüvvəyə minməsi üçün qərar Konqresin yuxarı palatası olan Senatda təsdiqlənməlidir. Amma senatorlar yanvarın 19-dək tətildədirlər və Senatın sədri, Respublikaçılar Partiyasının üzvü Mitç Makkonnell onları həmin günədək tətildən geri çağırmaq fikrində deyil.

Yanvarın 20-də isə Donald Trampın prezident kimi səlahiyyət müddəti başa çatır. Həmin gün yeni seçilmiş prezident Cozef Bayden and içib səlahiyyətlərinin icrasına başlayacaq.

Vəzifəsini tərk etmiş prezidentə impiçment elan oluna bilərmi? Hələ ki, ABŞ Konqresinin tarixində belə hal olmayıb.

Nümayəndələr Palatası bundan qabaq – 2020-ci il yanvarın 15-də də Donald Trampa impiçment elan edib, amma qərar Senatda təsdiqini tapmayıb. Nümayəndələr Palatasının ilk impiçment qərarında prezident hakimiyyətdən sui-istifadədə, Konqresin apardığı araşdırmaya mane olmaqda günahlandırılıb.

Donald Tramp barəsində iki dəfə impiçment qərarı elan edilmiş yeganə ABŞ prezidentidir.

2020-ci il noyabrın 3-də ABŞ-da prezident seçkisi keçirilib. Ümumxalq səsverməsində Demokratlar Partiyasının namizədi Cozef Bayden 538 nəfərlik Seçicilər Kollegiyasına 306, Respublikaçılar Partiyasının namizədi Donald Tramp isə 232 nümayəndə qazanıb.

Dekabrın 14-də Seçicilər Kollegiyasında səsvermə də 306:232 səs nisbəti ilə Cozef Baydenin xeyrinə yekunlaşıb.

2021-ci il yanvarın 6-da Konqres səsvermənin yekununu təsdiqləməyə topalşıb. Lakin Donald Trampın bir qrup tərəfdarı Konqres binasına hücum çəkib. Onlar binanı ələ keçirərək səsvermə prosesini pozublar.

İğtişaşlar zamanı bir neçə nəfər həlak olub, 50-dən çox adam həbs edilib.

Bir çoxları Donald Trampı bu hadisələrin əsas baiskarı sayır.

Konqres seçkinin nəticəsini yalnız yanvarın 7-də təsdiqləyə bilib.

4 ildir ABŞ prezidenti postunu tutan və bu il yanvarın 20-də hakimiyyəti Cozef Baydenə təhvil verməli olan Donald Tramp ölkənin bir çox ştatında seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia edir. Eyni təbliğatı onun tərəfdarları da aparır.

Vüqar Səfərli həbs edilib

  • 14 Yanvar 2021
  • comments

Xaricdəki Azərbaycan

  • 15 Yanvar 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda