Cinayət işi baş naziri aşırdı
- 13 Yanvar 2021
- comments
- hikmet
- Posted in Dünyanın səsiXəbər
Estoniyanın baş naziri Yuri Ratas yanvarın 13-də istefa verib. Novator.az-ın məlumatına görə, o, qərarını sədrlik etdiyi Mərkəzçi Partiyanın baş katibi, maliyyə nazirinin müşaviri və biri sahibkar olan daha üç nəfərin cinayətdə şübhəli bilinməsi ilə əsaslandırıb. Ölkə prokurorluğu və Təhlükəsizlik Polisinin həmin şəxsləri korrupsiya motivli cinayətdə şübhəli bilməsi xəbəri yanvarın 12-də yayılıb.
1978-ci il təvəllüdlü Yuri Ratas 2016-cı il noyabrın 26-dan baş nazir idi. 2005-2007-ci illərdə paytaxt Tallinin meri olub.