• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Moskva görüşünə reaksiyalar

  • 12 Yanvar 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Yanvarın 11-i Moskvada bir araya gələn Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin bəyanat imzalayıblar. Razılaşmaya əsasən, regionda bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını reallaşdırmaq məqsədilə üç ölkənin baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılır.

Müxalif liderlər 11 yanvar görüşünə reaksiya verib. Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli özünün “Facebook” səhifəsində yazır ki, Putin-Əliyev-Paşinyan görüşünün əsas nəticəsi Rusiyanın regionda mövqelərini bir az da gücləndirməsidir: “Türkiyə və digər maraqlı tərəflər Qarabağ münaqişəsinin həlli prosesindən bir az da uzaqlaşdırıldılar. Rəsmi elan olunan üçtərəfli bəyanat yalnız bir məsələyə – regiondakı bütün ticarət və rabitə blokadalarının götürülməsinə həsr olunub. Bu, 10 noyabr bəyanatında onsuz da müəyyənləşmişdi və icrası işçi qaydada həll oluna bilərdi.

Görüşdən sonra keçirilmiş brifinqdə İlham Əliyev, təəssüf ki, 10 noyabr razılaşmasına zidd olaraq erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmamasına, Rüsiya “sülhməramlılarının” səlahiyyət hədlərini aşmasına heç bir etiraz bildirmədi.

Belə məlum oldu ki, bu görüşü təşkil etməkdə Rusiya prezidentinin əsas məqsədi sadəcə üçlü format yaradıb regiondakı prosesləri tam olaraq Rusiyanın nəzarətinə götürmək idi”.

“Facebook”da rəy paylaşan Müsavat başqanı Arif Hacılı yazır ki, Qarabağ münaqişəsinin əsasını qoyub onu əsrlər boyu sürdürən, son mərhələdə də münaqişənin birdəfəlik bitməsinin qarşısını alan Rusiya regionda sülh yaratdığını bəyan edir.

Qarabağ nizamlanması prosesində balans pozulub. Bu proses ya Azərbaycan və Ermənistan arasında vasitəçilər olmadan davam etməli, ya da Ermənistanın hərbi-siyasi müttəfiqi olan Rusiya vasitəçi missiyasına iddia edirsə, Azərbaycanın müttəfiqi olan Türkiyənin də eyni statusda nizamlanma prosesində iştirakı təmin olunmalıdır!”

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı bölgələrin böyük qismini işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, 4 qəsəbə və 286 kənd azad olunub.

Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar.

Bəyanata əsasən, noyabrın 10-dan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar dayandırılıb. Dağlıq Qarabağa və bu bölgəni Ermənistanla birləşdirən Laçın yoluna Rusiyanın hərbi kontingenti yeridilib.

Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarıb.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi ermənilərin, Laçın şəhəri və rayonun bir neçə kəndi Rusiya hərbçilərinin nəzarətində qalıb.

10 noyabr razılaşması bölgədəki bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını da nəzərdə tutur. 11 yanvar görüşü daha çox bu məsələnin detallarına həsr olunub.

Koronavirus peyvəndləri niyə qola vurulur?

  • 12 Yanvar 2021
  • comments

Hansı yol?

  • 12 Yanvar 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Laçınlı Sultanovların savaşı

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı: əhali statistikası nə göstərir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Ukraynada Çin casusları tutulub

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Laçınlı Sultanovların savaşı

Son materiallar

comments
ManşetTribunaYazarlar

Laçınlı Sultanovların savaşı

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı: əhali statistikası nə göstərir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda