• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yaxşı xəbər var: peyvənd yeni mutasiyaların da öhdəsindən gələ bilir

  • 09 Yanvar 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətləri koronavirus əleyhinə birgə hazırladıqları peyvəndi virusun Cənubi Afrikada və Böyük Britaniyada üzə çıxan yeni növlərinə (yeni ştamlara) qarşı sınaqdan keçirməkdədir. Sınaqların bu günə olan nəticələri “Pfizer”-“BioNTech” peyvəndinin koronavirusun yeni növlərinə qarşı effektivli olduğunu göstərir.

Novator.az bildirir ki, bu məlumatı ABŞ-ın “Nyu-York Post” qəzeti yayıb.

Son həftələrdə həm Böyük Britaniyada, həm də Cənubi Afrikada COVİD-19 virusunun mutasiyaya uğramış yeni və daha sürətlə yayılan növləri aşkar edilib.

Redinq Universitetinin hüceyrə mikrobiologiyası üzrə dosenti Simon Klark bildirib ki, koronavirusun yeni növlərinin oxşar xüsusiyyətləri olsa da, Cənubi Afrikadakı varinatda ciddi həyəcan doğuran əlavə mutasiyalar var.

Bu səbəbdən koronavirus əleyhinə vaksinlərin virusun mutasiyaya uğramış növlərinə qarşı da effektli olub-olmayacağı sarıdan narahatlıqlar yaranıb.

“Nyu-York Post” qəzetinin yazdığına görə, “Pfizer”-“BioNTech” peyvəndinin yeni ştamlara qarşı effektivli olub-olmadığını öyrənmək üçün aparılan sınaqların ilkin nəticələri artıq bəllidir. Peyvənd olunmuş pasiyentlərin qan analizləri göstərib ki, vaksin yeni ştamların da öhdəsindən gəlir. Amma tədqiqat hələ tam başa çatmayıb. Çünki indiyə qədərki araşdırmalar yeni ştamlara xas mutasiyaların bütün incəliklərini əhatə etməyib.

“Pfizer” şirkətinin peyvənd üzrə aparıcı mütəxəssisi Fil Dormitser bildirib ki, onlar indiyədək “Pfizer”-“BioNTech” vaksininin 16 növ mutasiyaya necə təsir etdiyini yoxlayıblar. Həmin mutasiyaların heç birinin peyvəndin effektini zəiflətdiyi müşahidə olunmayıb.

Tədqiqatlar davam etdiyi və əlavə mutasiyalar da araşdırıldığı üçün hələ ki, “Pfizer” və “BioNTech” şirkətləri birgə hazırladıqları peyvəndin Cənubi Afrikada və Böyük Britaniyada üzə çıxan yeni ştamlara qarşı effektli olduğu barədə rəsmi açıqlama yayamağa tələsmir.

Mənbə: Nypost.com

“Azərxalça”nın rəhbəri niyə tutulub?

  • 09 Yanvar 2021
  • comments

Vidadi Muradov vəzifədən çıxarıldı

  • 10 Yanvar 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0

Tags

  • Elm
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

Çempionlar Liqasının komandaları

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda