• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Eldar Həsənov ayrı-seçkilikdən gileylənir, prezidentə səslənir

  • 09 Yanvar 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Həbsdə olan keçmiş səfir Eldar Həsənov ayrı-seçkiliyə məruz qaldığını düşünür. Onun vəkili Adəm Məmmədov yanvarın 9-da “Azadlıq” radiosuna deyib ki, müdafiə etdiyi şəxslə eyni cinayət işi üzrə həbs olunanlar ev dustaqlığına buraxıldığı halda Eldar Həsənov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı, yaxud girov müqabilində buraxılma ilə əvəzlənməsinə razılıq verilmir: “Xarici İşlər Nazirliyində vəzifə sahibi olmuş şəxslər ağır cinayət törətməkdə ittiham edildiyi halda azadlığa buraxılsalar da, ömrünün çox hissəsini dövlətinə xidmət etmiş Eldar Həsənov hələ də həbsdə saxlanmasının ona qarşı ayrı-seçkilikdən irəli gəlməsinin fərqindədir”.

Adəm Məmmədov Eldar Həsənovun səhhətində ciddi problemlər olduğunu, onun dözülməz ağrılardan əziyyət çəkdiyini vurğulayıb: “Eldar Həsənov təcili əməliyyat olunmasa, həyatını itirə bilər. O, prezident İlham Əliyevin baş verənlərdən məlumatsız olduğunu düşünür. Əminliklə deyir ki, yaxından tanıdığı prezident İlham Əliyev səhhətində ciddi problemləri, dözülməsi mümkünsüz ağrıları olan 66 yaşlı bir insanın ədalətsiz şəkildə həbsdə saxlanmasından məlumatlı olsa, heç vaxt belə qeyri-humanistliyə imkan verməz”.

Novator.az bildirir ki, Eldar Həsənov 1955-ci il oktyabrın 10-da Kəlbəcər rayonunun Laçın kəndində doğulub.

İndiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.

1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.

1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.

2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.

2020-ci il iyulun 3-dən Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri aparıb, bir neçə məmur cinayət məsuliyyətinə alınıb.

İyulun 16-da prezident İlham Əliyev xarici işlər naziri olan Elmar Məmmədyarovu vəzifədən azad edib, Ceyhun Bayramov xarici işlər naziri təyin olunub.

Avqustun 13-də açıqlama yayan Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə ittihamları irəli sürülüb.

Avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri vəzifəsindən azad edib.

Avqustun 24-də bəyan olunub ki, Eldar Həsənov barəsində cinayət işi Xarici İşlər Nazirliyi əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində istintaq edilən cinayət işindən ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.

Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanır.

Xarici İşlər Nazirliyinin ittiham olunan əməkdaşları ev dustaqlığına buraxılsa da, Eldar Həsənovun həbsdən çıxmaq üçün müraciətləri nəticəsiz qalıb.

Eldar Həsənov hüquq elmləri doktoru, professordur. Gəncə Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Pedaqoji Universitetinin dosenti olub.

Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.

Eldar Həsənov ailəlidir, iki qızı, bir oğlu, altı nəvəsi var.

Eldar Həsənov

Şikayət verilib

Məhkəmə qərarı dəyişmədi

Eldar Həsənov həbsi barədə nə deyir?

Eldar Həsənovun bir istəyi təmin olundu

Eldar Həsənov xəbəri rəsmən təsdiqləndi

Eldar Həsənovun səhhəti yaxşı deyil

Eldar Həsənovun gündəliyindən

“Mənim düşmənim yoxdur, ermənidən başqa”

Eldar Həsənovu buraxmadılar

Eldar Həsənov qərarı dəyişirmi?

Eldar Həsənov – 65

Nərimanov rayonunda müharibə iştirakçıları və qazi...

  • 08 Yanvar 2021
  • comments

Nazirin reydi

  • 09 Yanvar 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda