• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Azərxalça”nın rəhbəri niyə tutulub?

  • 09 Yanvar 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Baş Prokurorluğun 9 yanvar məlumatına görə, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş Vidadi Aydın oğlu Muradovun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş materiallar əsasında cinayət işi başlanıb. Qeyd olunur ki, Vidadi Muradovun 9 dekabr 2016-cı ildən 31 dekabr 2019-cu ilədək digər şəxslərlə qabaqcadan əlbir olaraq xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələr yolu ilə alınmasına görə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul köçürülməsinə və həmin məbləğin 1 milyon 149 min manatının nağdlaşdırılmaqla mənimsəməsinə, eləcə də rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.

Məlumata əsasən, Vidadi Muradov 20 dekabr 2017-ci ildən 18 fevral 2019-cu ilədək “Azərxalça”ya məxsus xalçaları təsisçisi olduğu “Azər-İlmə” MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 min 427 manat məbləğində əmlakı da mənimsəyib.

Vidadi Muradovun yun təmizləmə xəttinin alınması əməliyyatı zamanı “Azərxalça” ASC-yə məxsus 2 milyon 84 min manat məbləğində əmlakı israf etməsinə əsaslı şübhələr yarandığı da vurğulanır.

9 yanvar 2021-ci ildə Vidadi Muradova xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda və vəzifə saxtakarlığı maddələri ilə ittiham elan edilib, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaqı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi aparır.

Novator.az bildirir ki, Vidadi Muradov 1956-cı ildə Bərdə şəhərində doğulub. Moskva Kooperativ İnstitutunu bitirib. 1980-ci ildən müxtəlif müəssisələrdə iqtisadçı kimi fəaliyyət göstərib. 1994-cü ildə “Azər-İlmə” Elmi-Tədqiqat və İstehsalat Mərkəzini təsis edib, 2016-cı ilədək “Azər-İlmə” MMC-nin direktoru olub.

2016-ci il iyunun 10-da “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib.

Əməkdar incəsənət xadimi, “Şöhrət” ordeni laureatı, tarix elmləri doktoru, professordur.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Nazirin reydi

  • 09 Yanvar 2021
  • comments

Yaxşı xəbər var: peyvənd yeni mutasiyaların da öhd...

  • 09 Yanvar 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistan parlamentində qüvvələr nisbəti

GLOBALS:0
comments
Xəbər

Əhalinin təbii artımı 13,2 faiz azalıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukrayna hökuməti yenilənir

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan mənfi saldoda

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistan parlamentində qüvvələr nisbəti

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistan parlamentində qüvvələr nisbəti

GLOBALS:0
comments
Xəbər

Əhalinin təbii artımı 13,2 faiz azalıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukrayna hökuməti yenilənir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda