• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Diplomatik korpusda dəyişikliklər

  • 08 Yanvar 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Yanvarın 8-də prezident İlham Əliyev Həsən Həsənovun Azərbaycanın Polşada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqda sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamları ilə Nərgiz Qurbanova Azərbaycanın Bolqarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq Polşaya səfir təyin edilib.

Novator.az bildirir ki, Həsən Həsənov 1940-cı ildə Gürcüstanın paytaxtı Tbilisidə doğulub. Tbilisidə orta məktəbi, Azərbaycanda Politexnik İnstitutunu, daha sonra Bakı Ali Partiya Məktəbini bitirib.

1960-cı illərdə Bakı Şəhər Tələbə Şurasının sədri, Bakı Şəhər Komsomol Komitəsində təlimatçı, Oktyabr Rayon Komsomol Komitəsinin katibi (1962-1965), Respublika Komsomol Komitəsinin Mərkəzi Komitəsində bölmə müdiri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı vəzifələrində çalışıb.

1969-1971-ci illərdə Moskvada Ümumittifaq Komsomolunun Mərkəzi Komitəsində məsul təşkilatçı işləyib. 1971-ci ildə Vətənə qayıdıb, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində əvvəl təlimatçı, sonra bölmə müdiri (1971-1975), şöbə müdirinin müavini (1975) olub.

1975-1978-ci illərdə 26 Bakı Komissarı Rayon Partiya Komitəsinin birinci katibi, 1978-1979-cu illərdə Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi, 1979-1981-ci illərdə Gəncə Şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrini tutub.

1981-1983-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi, 1983-1988-ci illərdə tikinti məsələləri üzrə katibi, 1988-1990-cı illərdə iqtisadiyyat məsələləri üzrə katibi olub.

1990-1992-ci illərdə baş nazir, 1992-1993-cü illərdə Azərbaycanın BMT-də daimi nümayəndəsi, 1993-1998-ci illərdə xarici işlər naziri vəzifələrində çalışıb.

2004-2010-cu illərdə Azərbaycanın Macarıstanda, 2010-cu ilin mart ayının 30-dan 2021-ci il yanvarın 8-dək isə Polşada fövqəladə və səlahiyyətli səfiri olub.

Tarix elmləri doktorudur.

Nərgiz Qurbanova 1975-ci ildə doğulub. Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər, Qərb Universitetində beynəlxalq menecment, Fransanın Nitsa Universitetində beynəlxalq hüquq, İsveçin Yonçopinq Beynəlxalq Biznes Məktəbində beynəlxalq biznes ixtisasları üzrə təhsil alıb.

2001-2010-cu illərdə Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsində müxtəlif vəzifələrdə çalışıb.

2016-cı il yanvarın 12-dən 2021-ci il yanvarın 8-dək Azərbaycanın Bolqarıstanda fövqəladə və səlahiyyətli səfiri olub.

Fəlsəfə elmləri doktorudur.

“Google”, “Microsoft”, “Twitter”… Şirkətlər hansı ...

  • 08 Yanvar 2021
  • comments

Baş Prokurorluq hesabat verib

  • 08 Yanvar 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda