Nərimanov rayonunda müharibə iştirakçıları və qazilərlə görüş
Yanvarın 8-i Nərimanov Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Vətən müharibəsi iştirakçıları və qaziləri ilə görüş keçirilib. Görüşün keçirilməsində məqsəd müharibə iştirakçılarını və qaziləri tarixi qələbə münasibətilə təbrik edib, göstərdikləri şücaətlərə görə onlara minnətdərlıq bildirmək olub. ...
İran Qərb vaksinlərinə niyə yasaq qoyub?
İran İslam Respublikasının dini lideri ayətullah Əli Xameneyi ölkəyə ABŞ və Böyük Britaniyadan koronavirus peyvəndləri gətirilməsini qadağan edib. Novator.az saytı “Reuters” agentliyinə istinadla xəbər verir ki, dini lider bu qərarını ictimaiyyətə yanvarın 8-də açıqlayıb. O, televiziya ilə çıxışında...
Yeni birinci xanım. Amerikalılar ondan dərs alacaqlar
ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin həyat yoldaşı Cill Bayden ənənəvi birinci xanımlardan olmayacaq. Novator.az saytının məlumatına görə, Cill Bayden əri ölkənin ikinci adamı (Cozef Bayden 2009-2017-ci illərdə – Barak Obamanın prezidentliyi dövründə vitse-prezident postunu tutub), özü ölk...
Baş Prokurorluq hesabat verib
Yanvarın 8-i Baş Prokurorluqda 2020-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan əməliyyat müşavirəsi keçirilib. Rəsmi məlumata görə, müşavirədə çıxış edən baş prokuror Kamran Əliyev deyib ki, 2020-ci ildə korrupsiya hüquqpozmasına yol vermiş 281 şəxs barəsində 180 ...
Diplomatik korpusda dəyişikliklər
Yanvarın 8-də prezident İlham Əliyev Həsən Həsənovun Azərbaycanın Polşada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqda sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamları ilə Nərgiz Qurbanova Azərbaycanın Bolqarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri ç...
“Google”, “Microsoft”, “Twitter”… Şirkətlər hansı iş rejiminə keçib?
ABŞ-ın CNN kanalının nəzdində fəaliyyət göstərən “CNN Business” xəbər platformasında “Google”, “Microsoft”, “Twitter” və digər iri şirkətlərin pandemiya dövründə hansı iş rejiminə keçdikləri haqda yazı dərc olunub. Novator.az saytı yazını ingiliscədən çevirərək təqdim edir. Pandemiya dövründə şirkət...
24,1 min əmanətçi, 616,2 milyon manat
Əmanətlərin Sığortalanması Fondunun yeni hesabatına görə, qapadılmış “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBCBank” banklarının əmanətçilərinə qorunan əmanətlər üzrə ümumilikdə 616,2 milyon manatdan çox kompensasiya ödənib. Ödəniş alanların ümumi sayı 24195 nəfər göstərilir. Mərkəzi Bank “Atabank”, ...
“Düşüncələr” silsiləsindən
Mətanət Natiq Şəhidlər, talelər İlahi, nə çox şəhidimiz varmış, xəbərimiz yox. Hər şəhidin də öz həyat hekayəti. Onların adbaad siyahısı açıqlanıb. Ancaq hamısının bir adı var: Şəhid. Telekanallarda, saytlarda, sosial şəbəkələrdə şəhidlərimizə aid ən müxtəlif əhvalatlar danışılır, videolar, fotolar ...
Jurnalistin qətli ilə bağlı yeni sübutlar ələ keçib – “Euronews”
Novator.az saytı “Euronews” kanalının Rusiya, Ukrayna və Belarus hakimiyyətinin sərt tənqidçisi kimi tanınan, 2016-cı ildə öldürülən və indiyədək qatilləri tapılmayan jurnalist Pavel Şeremetin işi ilə bağlı yaydığı yeni xəbəri ingiliscədən çevirərərək təqdim edir. Ukrayna polisi açıqlama verib ki, ə...
Bir adamın dərsi
Azər Qasımlı ABŞ-da baş verənlərin əsas səbəbkarı bir adamdır – prezident Donald Tramp. Məhz onun hakimiyyət sevgisi, eqoizmi, avtoritarlığı, özbaşınalığa meyli və məsuliyyətsizliyi bu olaylara gətirdi. Yazılmamış qanunları, demokratik dəyərləri, siyasi mədəniyyət qaydalarını 4 ildir tapdalamaqda id...
Qubad İbadoğlu nazirləri debata çağırır
2020-ci ilin yekunlarına həsr olunmuş 6 yanvar müşavirəsində danışan prezident İlham Əliyev beynəlxalq qurumların Azərbaycanda gedən işlərə verdiyi qiymətə də toxunub. Dünya Bankının biznes mühitini qiymətləndirən yeni hesabatından söz açan dövlət başçısı Azərbaycanın 190 ölkə arasında 28-ci yerdə o...
ABŞ prezidenti
Yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayacaq Cozef Bayden tarixə ABŞ-ın 46-cı prezidenti kimi düşür. 1942-ci il təvəllüdlü Cozef Bayden Delaver Universitetini tarixçi və politoloq ixtisasları ilə bitirib, həmçinin Sirakus Universitetinin Hüquq Məktəbində təhsil alıb. 1972, 1978, 1984, 1990, ...