• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sosial şəbəkə nəhəngləri Trampın hesablarını bağladı

  • 07 Yanvar 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

ABŞ-da Konqres binasına hücumdan sonra “Twtter” və “Facebook” sosial şəbəkələri prezident Donald Trampın hesablarını bağlayıb.

Novator.az saytı ABŞ-ın “Vaşinqton Post” qəzetinə istinadla xəbər verir ki, ilk addımı “Twtter” şəbəkəsinin rəhbərliyi atıb. Şəbəkə prezidentin “Twtter” hesabını 12 saatlığa bağladığını elan edib. Eyni zamanda Trampın həmin vaxta qədər yazdığı üç açıqlaması (tvitləri) şəbəkədən silinib.

“Twtter”in rəhbərliyi bəyan edib ki, Donald Tramp prezident seçkisinin saxtalaşdırıldığı haqda əsassız ittihamlarını və əhalini iğtişaşlara çağırmağını davam etdirsə, onun bu şəbəkədəki hesabı birdəfəlik bağlanacaq.

Az sonra “Facebook” şəbəkəsi də Trampın hesabını bağladığını açıqlayıb. ABŞ prezidentinin “Facebook”dakı səhifəsi 24 saatlığa bağlanıb. “Twtter”dən fərqli olaraq “Facebook” rəhbərliyi səhifənin birdəfəlik bağlana biləcəyi haqda xəbərdarlıq etməyib.

Trampın “İnstagram” səhifəsi də bağlanıb. Bu qərarı da “Facebook” rəhbərliyi verib. “İnstagram” şəbəkəsi “Facebook”a tabedir.

“Vaşinqton Post” yazır ki, sosial şəbəkə nəhəngləri ilk dəfədir ABŞ prezidentinə qarşı belə bir sərt addım atır.

Yanvarın 6-da ABŞ Konqresi prezident seçkisi ilə bağlı yekun qərar verməli, Senat və Nümayəndələr Palatasının iclasında Demokratlar Partiyasından Cozef Baydenin qələbəsi təsdiqlənməli idi. Lakin həmin gün prezident Donald Trampın bir qrup tərəfdarı paytaxt Vaşinqtonda yerləşən Konqresin binasını ələ keçirərək bu prosesi pozub. Həm Konqresdə, həm şəhər boyu polislə qarşıdurma yarandığı üçün paytaxtda komendant saatı elan edilib.

2020-ci il noyabrın 3-də keçirilmiş ümumxalq səsverməsində Cozef Bayden 538 nəfərlik Seçicilər Kollegiyasına 306, Respublikaçılar Partiyasının namizədi olan Donald Tramp 232 nümayəndə qazanıb. Qələbə üçün 270 səs kifayətdir.

Dekabrın 14-də Seçicilər Kollegiyasında səsvermə də Cozef Baydenin qələbəsi ilə başa çatıb – 306: 232.

Donald Tramp və tərəfdarları bir çox ştatda seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia edir.

Mənbə: Washingtonpost.com

Dolların sükutu, beş ilin 28,9 milyardı

  • 07 Yanvar 2021
  • comments

Rafiq Əlizadə vəfat edib

  • 07 Yanvar 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət
  • Texnologiya

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda