• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ-da seçki tıxacı FOTO, VİDEO

  • 07 Yanvar 2021
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiFotoManşetVideoXəbər

Yanvarın 6-da ABŞ Konqresi prezident seçkisi ilə bağlı yekun qərar verməli, Senat və Nümayəndələr Palatasının iclasında Demokratlar Partiyasından Cozef Baydenin qələbəsi təsdiqlənməli idi. Novator.az-ın məlumatına görə, həmin gün prezident Donald Trampın bir qrup tərəfdarı paytaxt Vaşinqtonda yerləşən Konqresin binasını ələ keçirərək bu prosesi pozub. Həm Konqresdə, həm şəhər boyu polislə qarşıdurma yarandığı üçün paytaxtda komendant saatı elan edilib.

2020-ci il noyabrın 3-də keçirilmiş ümumxalq səsverməsində Cozef Bayden 538 nəfərlik Seçicilər Kollegiyasına 306, Respublikaçılar Partiyasının namizədi olan Donald Tramp 232 nümayəndə qazanıb. Qələbə üçün 270 səs kifayətdir.

Dekabrın 14-də Seçicilər Kollegiyasında səsvermə də Cozef Baydenin qələbəsi ilə başa çatıb – 306: 232.

Donald Tramp və tərəfdarları bir çox ştatda seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia edir.

Cozef Bayden 1942-ci ildə doğulub.

1972, 1978, 1984, 1990, 1996, 2002 və 2008-ci illərdə ABŞ Konqresinin yuxarı palatası olan Senatın üzvü seçilib.

1987-1995-ci illərdə Senatın Məhkəmə Komitəsinə, 2001-2003 və 2007-2009-cu illərdə Xarici Əlaqələr Komitəsinə sədrlik edib.

2009-2017-ci illərdə – Barak Obamanın prezidentliyi dövründə vitse-prezident postunu tutub.

Donald Tramp 1946-cı ildə doğulub. 1999-cu ildə Respublikaçılar Partiyasına qoşulub.

2016-cı il noyabrın 8-də keçirilmiş prezident seçkisində Respublikaçılar Partiyasının namizədi olmuş Donald Tramp Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib. Seçicilər Kollegiyası 2016-cı il dekabrın 19-da prezident seçkisi ilə bağlı yekun qərarını verib, həmin qərar Konqresin 2017-ci il yanvarın 6-da keçirilən iclasında təsdiqlənib, yanvarın 20-də Donald Tramp səlahiyyətlərinin icrasına başlayıb.





 

Koronavirusun Afrikada tapılan yeni növü – “...

  • 06 Yanvar 2021
  • comments

Dolların sükutu, beş ilin 28,9 milyardı

  • 07 Yanvar 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda