• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Yeni Azərbaycan” qəzetinin maliyyəsi azaldıldı

  • 06 Yanvar 2021
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) “Yeni Azərbaycan” qəzetinin maliyyəsini azaldaraq onu günaşırı nəşrlərə aid edib.

Novator.az xəbər verir ki, yanvarın 6-da fond ilin birinci yarısında qəzet redaksiyalarına aylıq maliyyə yardımının göstərilməsi üzrə müsabiqənin nəticələrini açıqlayıb.

Üç sahə üzrə qalib elan olunan qəzetlər gündəlik (həftədə beş dəfə), iki sahə üzrə qalib elan edilən qəzetlər günaşırı (həftədə üç dəfə), bir sahə üzrə qalib elan olunan qəzetlər isə həftədə bir dəfə nəşr olunmaq imkanı qazanıb.

“Yeni Azərbaycan” qəzeti iki sahə üzrə qalib elan edilib. Bu o deməkdir ki, KİVDF indiyədək gündəlik çıxan “Yeni Azərbaycan” qəzetinin bu ilin birinci yarısında yalnız günaşırı (həftədə üç dəfə) nəşrini dəstəkləyəcək.

“Yeni Azərbaycan” qəzeti hakim Yeni Azərbaycan Partiyasının mətbu orqanıdır. Qəzet 1993-cü il aprelin 10-dan çıxır.

Yeni Azərbaycan Partiyası 1993-cü ilin payızından hakimiyyətdədir. Partiyanın sədri hazırkı dövlət başçısı İlham Əliyevdir.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Milli Məclisin üzvüdür.

Novator.az saytı KİVDF-nin bu ilin birinci yarısında qəzet redaksiyalarına aylıq maliyyə yardımının göstərilməsi üzrə müsabiqəsinin bütün nəticələrini təqdim edir.

Üç sahə üzrə qalib elan olunan qəzetlər:

“525-ci qəzet”

“Bakı xəbər”

“Səs”

“Şərq”

“Yeni Müsavat”.

İki sahə üzrə qalib elan edilən qəzetlər:

“Yeni Azərbaycan”

“Azernews”

“Ədalət”

“Hürriyyət”

“Xalq Cəbhəsi”

“Novoye  vremya”.

Bir sahə üzrə qalib elan olunan qəzetlər:

“Azad Azərbaycan”

“Həftə içi”

“Nedelya”

“Olaylar”

“Paralel”

“Türküstan”

“Unikal”

“Hərbi and”.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu il aprelin 3-də yaradılıb. 2009, 2013 və 2017-ci illərdə prezident İlham Əliyev Vüqar Səfərlini qurumun icraçı direktoru təyin edib.

2020-ci il aprelin 4-də prezident Vüqar Səfərlini icraçı direktor vəzifəsindən çıxarıb. Dövlət başçısının digər sərəncamı ilə Əhməd İsmayılov icraçı direktor təyin olunub.

Yeni razılaşma, Azərbaycanın kvotası, qiymət artım...

  • 06 Yanvar 2021
  • comments

Asan adlı çətin xidmət

  • 06 Yanvar 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0

Tags

  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda