• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Benzin, dizel yanacağı, dərman və daşınmaz əmlak üzrə yeni qiymətlər

  • 05 Yanvar 2021
  • comments
  • Novator.az
  • Posted in AktualManşetXəbər

Azərbaycanda Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri artırılıb.

Novator.az saytı xəbər verir ki, qərar Tarif (qiymət) Şurasının yanvarın 4-də keçirilən iclasında qəbul edilib.

Qərara əsasən, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

Yeni tariflər yanvarın 5-dən qüvvəyə minib.

Buna qədər Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik idi.

Benzinin və dizel yanacağının qiyməti Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında artırılıb. SOCAR təbii qazın pərakəndə satış qiymətlərinin də artırılmasını təklif edib. Bu təklif qəbul olunmayıb.

Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcək. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaq. Kompensasiyada əsas məqsəd odur ki, ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmasın.

Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə mənfi təsir göstərməməsi üçün hökumətin ayırdığı subsidiyaların da məbləğinə yenidən baxılacaq.

Tarif (qiymət) Şurasının 4 yanvar iclasında həmçinin daşınmaz əmlakın texniki inventarlaşdırılmasının aparılması, əmlak barədə məlumatların reyestrə daxil edilməsi və bununla əlaqədar xidmətlər üzrə yeni tariflər müəyyən olunub. Bu tariflər də yanvarın 5-dən qüvvəyə minib (Bax: Daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin yeni tarifləri).

4 yanvar iclasında yeni dövlət qeydiyyatından keçmiş 300-ə yaxın dərman vasitəsinin qiyməti də təsdiqlənib. Ticarət adı, farmaseptik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12392 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi saytının “Dərman vasitələri” bölməsində yerləşdirilib (Bax: Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri).

Azərbaycanda dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsi kollegial icra hakimiyyəti orqanı olan Tarif (qiymət) Şurasının səlahiyyətindədir. Şuraya iqtisadiyyat naziri sədrlik edir.

Qarabağ Dirçəliş Fondu yaradıldı

  • 04 Yanvar 2021
  • comments

Büdcədə medianın payı

  • 05 Yanvar 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0

Tags

  • Hüquq
  • Səhiyyə
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda