Üzr istəmək niyə çətindir?
Üzr istəmək yəqin ki, çoxları üçün asan deyil. Bəzi adamlar üçün isə bu olduqca çətin işdir. Niyə? Novator.az xəbər verir ki, amerikalı alim, 30 ildən artıqdır psixoterapevt kimi çalışan Beveli Enjel Psychologytoday.com portalında dərc etdirdiyi məqaləsində bunu belə izah edir: “Üzr istəməyə çətinli...
İşsizə pul vermək qaydaları yenilənir
2018-ci il yanvarın 1-də qüvvəyə minən işsizlikdən sığorta qanununa əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğvi və ya işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində əmək münasibətlərinə xitam verilmiş, işsiz kimi qeydiyyata alınmış şəxs sığorta ödənişi ala bilər. Bunun üçün azı 3 il sığo...
Sərhəddə insident
Dövlət Sərhəd Xidmətinin məlumatına görə, iyunun 17-si saat 21:40 radələrində Sərhəd Qoşunlarının Cəlilabadın Kürünc kəndi yaxınlığındakı zastavasının xidməti ərazisində 3 şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması aşkar olunub: “Sərhəd pozucularının silah və gecə görmə cihazla...
Həbs müddəti uzanır
Nizami Rayon Polis İdarəsinin müstəntiqi Ramil Əliyev Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, müsavatçı Tofiq Yaqublunun həbs qətimkan tədbirinin iki ay uzadılması barədə vəsatət verib. Novator.az-ın məlumatına görə, vəsatətə iyunun 19-u Nizami Rayon Məhkəməsində baxılaca...
Aktiv xəstə: yaxın-uzaq ölkələrin göstəriciləri
2019-cu ilin dekabrında Çində üzə çıxaraq 215 ölkə, ərazi və məkana yayılan koronavirus xəstəliyi 451 mindən çox adamın həyatına son qoyub. Son rəsmi məlumata görə, Azərbaycanda 4783 nəfər aktiv xəstədir. Novator.az bildirir ki, beynəlxalq statistika hazırda 3,5 milyon adamın müalicə prosesində oldu...
İlham Əliyev Moskva paradına getmir
Prezidentin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı İlham Əliyev iyunun 18-də rusiyalı həmkarı Vladimir Putinə zəng edib. O, Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq olunan karantin rejimi üzündən Moskvada keçiriləcək hərbi paradda iştirakının mümkün olmadığını bildirib. Vladimi...
Reportyorlar (78)
Firuzə Davudqızı …Aydan Azərin növbəti apellyasiya məhkəməsinə bir həftə qalmışdı. O gün günorta saatlarında xəbər gəldi ki, Kazımovun oğlu Cəmil qardaşı Ramillə birlikdə dəhşətli avtomobil qəzası keçirib. Donub qaldıq. Bu xəbər hamını mat qoydu. Hadisə yerində olanlar maşının tanınmaz vəziyyə...
Neft büdcə qiymətindən nə qədər ucuzdur?
Energetika Nazirliyinin 18 iyun məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 42,04 dollara satılır. Bu, büdcə qiymətindən 13 dollara yaxın ucuzdur. Azərbaycanın 2020-ci il büdcəsində bir barrel neftin qiyməti 55 dollardan götürülüb. “AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta...
Koronavirus stresindən necə qurtulmalı?
Koronavirus kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin əsas mövzudur. Psixoloqlar koronavirusla əlaqədar materialların (xəbərlərin, foto və videoların) bir çox insanda stress, əsəb və yorğunluq yaratdığını söyləyirlər. Novator.az xəbər verir ki, ABŞ-ın Psychologytoday.com portalı bununl...
“Qarabağ” çempion elan olundu
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsi iyunun 18-də iclas keçirib. Novator.az-ın məlumatına görə, iclasda milli çempionatı və ölkə kuboku oyunlarını davam etdirməmək qərarı verilib. Qərar koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyət, infeksiyanın yoluxma statis...
Əminə Rüstəmzadə: “Zəif anıma təsadüf etdi”
Gənc fəal İlkin Rüstəmzadənin həyat yoldaşı Əminə Rüstəmzadə iyunun 17-də xəstəxanadan buraxılıb. “Facebook”da yaydığı açıqlamada İlkin Əminənin evdə olduğunu, özünü yaxşı hiss etdiyini vurğulayıb. İyunun 17-də Əminənin çoxlu yuxu dərmanı içərək intihara cəhd etdiyi, Bakıdakı Kliniki Tibbi Mərkəzə y...
Klub turnirlərinin yeni təqvimi
Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) klub turnirləri ilə bağlı yeni qərarlar verib. Novator.az-ın məlumatına görə, İcraiyyə Komitəsinin 17 iyun qərarları ilə Çempionlar Liqası və Avropa Liqasının 2019-2020 mövsümü avqust ayında davam edəcək. Hər iki turnir koronavirus pandemiyası üzündən mar...
Valyutaların istiqaməti
İyunun 18-də ABŞ dolları (1,7 manat) və Rusiya rublunun (0,0244 manat) rəsmi məzənnələri dəyişməz qalıb. Mərkəzi Bank avro (1,9134 manat) və Türkiyə lirəsini (0,2482 manat) ucuzlaşdırıb. Dəyər artıran Gürcüstan larisi isə banklara 0,5582 manata təklif olunur (Tam siyahı). Dolların indiki qiyməti 201...
Yaxın çevrə ilə alış-veriş
Novator.az Azərbaycanın yaxın ölkələrlə rəsmi ticarət statistikasını təqdim edir. Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2020-ci ilin yanvar-may aylarında Azərbaycan Türkiyəyə 1,2 milyard dollarlıq məhsul ixrac edib. Rusiyaya 278,8 milyon dollarlıq, Ukraynaya 207,4 milyon dollarlıq, Gürcüstana 1...
Hesabat və planlar
Prezident İlham Əliyev iyunun 17-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti, Cənubi Qafqaz üzrə regional direktoru və digər nümayəndələri ilə videokonfransda bir araya gəlib. Rəsmi məlumata görə, dövlət başçısı Azərbaycanın Dünya Bankı ilə əməkdaşlıqdan məmnun olduğunu v...
Operativ qərargahın 17 iyun məlumatı
Nazirlər Kabineti yanında operativ qərargahın 17 iyun məlumatına görə, Azərbaycanda daha 329 nəfər koronavirus infeksiyasına yoluxub, 127 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 7 xəstə vəfat edib. Yoluxanların ümumi sayı 10 min 991 nəfər göstərilir: onların 6075-i müalicə olunaraq sağalıb, 133-ü dü...
Karantin divarı
Azər Qaraçənli İctimai qınaq. Cəzadımı? Cəzadı. Kimin verdiyi cəzadı? Xalqın, cəmiyyətin, nəsillərin, şəhərlərin, qəsəbələrin, kəndlərin, qonum-qonşunun, qohum-əqrəbanın, dost-tanışın, yoldaşların, əqidədaşların, həmkarların, heç tanımadığın, üzünü görmədiyin adamların… bir sözlə, böyüklü-kiçi...
Yaxın ölkələrin yoluxma və ölüm statistikası
2019-cu ilin dekabrında Çində üzə çıxaraq 215 ölkə, ərazi və məkana yayılan koronavirus xəstəliyi 446 mindən çox adamın həyatına son qoyub. Azərbaycanda ümumən 10 min 662 nəfərin koronavirusa yoluxması bilinib, onların 126-sı vəfat edib. Novator.az yaxın ölkələr üzrə göstəricilərə də nəzər salıb: Ru...
Orfoqrafiya lüğəti nəşr olunub
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ərsəyə gətirdiyi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” işıq üzü görüb. Lüğətin Nazirlər Kabinetinin 16 aprel 2019-cu il qərarı ilə təsdiqlənən orfoqrafiya normalarına uyğun tərtib edildiyi bildirilir. Lüğətin tərtibçisi Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdar...
Media fondunun işi 4 maddə ilə araşdırılır
Baş Prokurorluğun mətbuat xidmətinin 17 iyun məlumatına görə, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundakı qanunsuzluqlar barədə Hesablama Palatasından daxil olmuş material Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb: “Araşdırma zamanı fondun vəzifəli şəxslərinin...