ÜDM, sərmayə və sənaye hesabatı
2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 40 milyard 8,5 milyon manatlıq, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda...
Cəbhəçiyə üçdə iki imtinası
Qaradağ Rayon Məhkəməsi avqustun 12-də AXCP üzvü Orxan Baxışlının vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətini təmin etməyib. Xəbəri yayan “Turan” bildirir ki, məhkəmə imtinanı Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsinin məhbusa mənfi xasiyyətnamə verməsi ilə əsaslandırıb. Xasiyyətnamədə Or...
“AzəriLayt” 46-ya doğru
Energetika Nazirliyinin 13 avqust məlumatına görə, dünya bazarında brent markalı neftin barreli 45,25 dollara, layt markalı neftin barreli 42,50 dollara satılır. “AzəriLayt” markalı Azərbaycan neftinin barrelinə 45,75 dollar qiymət qoyulduğu bildirilir. Novator.az-ın məlumatına görə, bu, yeni büdcə ...
Koronavirus təhlükəsi və mənim həkimliyim
Rüfət Rüstəmov BDU-nun Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının müdiri, professor Sözün doğrusu, belə bir günün gələcəyini heç ağlıma gətirməzdim. İnsan təfəkkürü çox şeyə qadir olsa da, bu gün tuğyan edən koronavirus bəlası qarşısında biz hələ acizik. Bu bir həqiqətdir ki, insan öz...
Narahatlıq zəngi
Prezidentin mətbuat xidmətinin məlumatına görə, avqustun 12-də dövlət başçısı İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə zəng edib: “O, iyulun 12-16-da Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində törədilən təxribatdan söz açıb, Ermənistanın təcavüz aktı nəticəsində Azərbaycan Sil...
“Yalan danışıb qapını bağlayırsan, sonra da deyirsən…”
Məhbus siyasətçi Tofiq Yaqublunun mühakiməsi davam edir. Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü olan Tofiq Yaqublu martın 22-də tutulub. Paytaxtın Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanan siyasətçi silah qismində istifadə olunan əşyalardan istifadə ...
Büdcə və neftin qiyməti yeniləndi
Prezident İlham Əliyev 2020-ci ilin dövlət büdcəsinə dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, yenilənən büdcədə gəlirlər 24 milyard 124 milyon manat, xərclər 27 milyard 492,2 milyon manat olub. Qanuna əsasən, büdcə gəlirlərinin 12,2 milyard manatı Dövlət Neft Fondundan köçürmənin, 7,2 milya...
Yeni nağıl qəhrəmanı: müsabiqə elan olunub
“Şərq-Qərb” nəşriyyatı uşaqların kitaba marağını artırmaq, mütaliə həvəsini gücləndirmək məqsədilə rəssam və animatorlar arasında müsabiqə elan edib. Yeni nağıl qəhrəmanı – müasir simvolik personaj müsabiqəsinin şərtlərinə görə, qəhrəman orijinal olmalı, başqa məşhur nağıl qəhrəmanlarına, obrazlara ...
Operativ qərargahın 12 avqust məlumatı
Nazirlər Kabineti yanında operativ qərargahın 12 avqust məlumatına görə, Azərbaycanda daha 93 nəfər yeni koronavirus infeksiyasına yoluxub, 2 xəstə vəfat edib. Yoluxanların ümumi sayı 33824 nəfər göstərilir: onların 497-si dünyasını dəyişib, 2269 nəfəri müalicə alır. 2019-cu ilin dekabr ayında Çində...
Ekspertlərlə sorğu-sual nələri üzə çıxarıb?
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi paytaxtda və bölgələrdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təmsilçiləri arasında geniş müsahibələr təşkil edib. Regional Əməkdaşlıq üçün Qara Dəniz Təşkilatının dəstəyi ilə reallaşan layihənin məqsədi yerli idarəetmə orqanlarının və ictimai xidmət təşk...
İnvestisiya Holdinqinin Müşahidə Şurası təsdiqləndi
Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibini təsdiqləyib. Baş nazirin sədrlik edəcəyi Müşahidə Şurasının üzvləri bu vəzifələri tutan şəxslərdir: prezidentin köməkçisi, Prezidentin Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin...
Bakıda yeni taksilər
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Bakı Taksi Xidmətinin 100 ədəd “London taksi”si xidmətə hazırdır. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev avqustun 12-də yeni taksilərlə tanış olub. Taksilərin 6 nəfərlik müştəri salonu var. Arayışa görə, yeni taksilər yanacaq əvəzi...
Təhlükəli sənədin şərhi
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, dövlət başçısının köməkçisi Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edib. Sənəddə Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan torpaqlarında yaradılan işğalçı rejimlə bağlı məqamların yer aldığ...
Yaxın ölkələrdə nə qədər xəstə var?
2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyinə 20,5 milyon adam yoluxub, onların 746 minindən çoxu vəfat edib. Azərbaycanda yoluxanların sayı 33731 nəfərdir: onların 495-i dünyasını dəyişib, 2380-i müalicə olunur. Novator.az bildirir ki, dünyada 6,3 milyondan ço...
2020-2021 mövsümünün sxemi
2020-2021 mövsümündə UEFA Çempionlar Liqasına 79 komanda buraxılıb. Novator.az bildirir ki, onların 25-i turnirə qrup mərhələsindən başlayır: İspaniyadan “Real”, “Barselona”, “Atletiko”, “Sevilya”; İngiltərədən “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi”; İtaliyadan “Yuventus”, “İnte...
İnflyasiya və orta maaş hesabatı
Dövlət Statistika Komitəsi inflyasiya göstəricilərini açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2020-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri 2019-cu ilin yeddi ayına nisbətən 2,9 faiz yüksəlib, ərzaq məhsulları, içkilər və tütün məmulatları 5,3 faiz, qeyri-ərzaq məhsulları 1,...
Yenilənən normalar
Nazirlər Kabineti ictimai iaşə müəssisələrinin koronavirus pandemiyası dövründə işi üzrə qərarını yeniləyib. İyulun 6-da verilmiş qərarla müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları təsdiqlənib. Sənəd hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida...
Naxçıvan: yüksəliş və geriləmə statistikası
Novator.az yerli Dövlət Statistika Komitəsinə istinadla Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi göstəricilərini təqdim edir. Rəsmi hesabata görə, 2020-ci ilin yanvar-iyul aylarında muxtar respublikada 1 milyard 574,2 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub, bu da 2019-cu ilin eyn...
Titullu iddiaçılar
UEFA Avropa Liqasının 2019-2020 mövsümü finişə yön alıb. Novator.az bildirir ki, Almaniyada keçirilən yekun mərhələnin tək oyunluq yarımfinalında “İnter” (İtaliya) “Saxtyor”la (Ukrayna), “Sevilya” “Mançester Yunayted”lə üz-üzə gələcək. Final avqustun 21-nə təyin olunub. Yarımfinalçıların hər biri ti...
Reportyorlar (86)
Firuzə Davudqızı Günlər, həftələr ötdü. Evdə hər kəs yarama toxunacaqmış kimi heç nə soruşmurdu. Vəziyyəti öz axarına buraxmışdılar. Günlərdir səssiz-sədasız acı göz yaşları axıdırdım. Ürəyim elə dolmuş, elə qabarmışdı ki, dərd sinəmdə ləngər vururdu. Əgər bir az ürəkdən ağlaya bilsəm daşıb-boşalar...