Müsavatı yaranlardan biri tutulub
Müsavat Partiyasının mərkəzi qərargahından 2500 manat dəyərində 2 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən Toğrul Babayev tutulub. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, 1994-cü il təvəllüdlü Toğrul Babayev əvvəllər məhkum olunub. Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsi oğurluqda...
Narkotik cinayətləri 17,5 faiz artıb
Daxili İşlər Nazirliyinin hesabatına görə, 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda qeydə alınmış 13310 cinayətin 2904-ü narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub, bu da ötən ilin ilk yarısına nəzərən 17,5 faiz çoxdur: “Cinayətlərin 57,8 faizi satış mə...
Gələn 2,9 dəfə, gedən 3,1 dəfə azalıb
Dövlət Statistika Komitəsi koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərin turizm sektoruna təsiri barədə açıqlama yayıb. Novator.az bildirir ki, Dövlət Sərhəd Xidmətinə istinadla yayılan hesabata görə, 2020-ci ilin yanvar-iyul aylarında Azərbaycana 152 ölkədən 618,3 min, əvvəlki ilin eyni dövrü ...
Avqust qarı
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 23-ü səhərədək Azərbaycanın bəzi bölgələrində şimşək çaxıb, arabir leysan yağıb (ayrı-ayrı yerlərdə intensiv və güclü olub), yüksək dağlıq ərazilərə, Xınalığa sulu qar, Şahdağa qar düşüb. Düşən yağışın miqdarı Qəbələdə 87, Şəkidə 69, Oğuz...
Reportyorlar (87)
Firuzə Davudqızı *** Saatlardır gözlədiyi xəbəri ona bacısı Gülnar gətirmişdi. Onun şən cingiltili səsini doğum evinin həyətində ta uzaqdan duyanda oturduğu skamyadan qalxan Saleh dayanıb gözlədi. – Saleh! Saleh! – Gülnar sevincdən qanadlanıb uça-uça Salehin qarşısına yüyürüb boynuna sarıldı....
184 yoluxma, 3 ölüm
Azərbaycanda daha 184 nəfər koronavirus infeksiyasına yoluxub, 3 xəstə vəfat edib. Avqustun 22-də belə məlumat yayan Nazirlər Kabineti yanında operativ qərargah yoluxanların ümumi sayını 35105 nəfər göstərir: onların 515-i dünyasını dəyişib, 1748-i müalicə alır. 2019-cu ilin dekabr ayında Çində üzə ...
Yenə “Sevilya”
UEFA Avropa Liqasının 2019-2020 mövsümü başa çatıb. Novator.az-ın məlumatına görə, avqustun 21-i Almaniyanın Köln şəhərində keçirilən final matçında “İnter”i (İtaliya) 3:2 hesabı ilə yenən “Sevilya” 6-cı dəfə turnirin qalibi olub. 1971-ci ildən keçirilən, 2008-ci ilədək UEFA kuboku adlanmış turnirdə...
Asan yol: yeni sənədlər imzalanıb
Prezident İlham Əliyev “ASAN müraciət” informasiya sisteminin yaradılmasına sərəncam verib. Sistem ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surət...
1727 nəfər müalicə alır
Nazirlər Kabineti yanında operativ qərargahın 21 avqust məlumatına görə, Azərbaycanda daha 162 nəfər koronavirus infeksiyasına yoluxub, 2 xəstə vəfat edib. Yoluxanların ümumi sayının 34921 nəfərə çatdığı bildirilir: onların 512-si dünyasını dəyişib, 1727-si müalicə alır, qalanları sağalıb. 2019-cu i...
Məhkəmədə əsəb gərginliyi
Avqustun 21-i Bakının Nizami Rayon Məhkəməsində məhbus siyasətçi Tofiq Yaqublunun cinayət işi üzrə növbəti proses keçirilib. 1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. 1992-ci ildən Müsavat Partiyasının, 2013-cü ildən Demokratik Qüvvələrin Mi...
Qobuda tanışlıq və təməl mərasimləri
Prezident İlham Əliyev avqustun 21-də “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olub və “Qobu” Elektrik Stansiyasının təməlini qoyub. Arayışa görə, 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyası elektrik enerjisinin enerji sisteminə ötürülməsi, Bakının və Abşeron yarımadasının elektrik enerjisi ...
Peşəkar Tərcüməçilər Assosiasiyasının məramı
Peşəkar Tərcüməçilər Assosiasiyası təsis edilib. İctimai birliyə xalq yazıçısı, akademik, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla rəhbərlik edir. Assosiasiyanın məramını AZƏRTAC-a şərh edən Kamal Abdulla deyib: “Azərbaycanda həmişə peşəkar tərcüməçilər olub. İstər peşəkar, istərsə də...
Neft Fondunun büdcəsi necə dəyişir?
Novator.az Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin necə dəyişəcəyinə nəzər salıb. Qüvvədə olan büdcəyə görə, 2020-ci ildə fondun gəlirləri 12 milyard 384,9 milyon manat, xərcləri 11 milyard 589,9 milyon manat olmalıdır. Xərc istiqamətləri belədir: 2020-ci ilin dövlət büdcəsinə transfert – 11 mily...
Eldar Həsənov həbsi barədə nə deyir?
Eldar Həsənov ittihamları qəbul etmir, həbsini qərəzli, əsassız sayır və saxlandıqdan bu günə kimi ifadə verməkdən imtina edib, heç bir ifadə verməyib. Bunu mediaya diplomat Eldar Həsənovun vəkili Adil İsmayılov açıqlayıb. Novator.az-ın məlumatına görə, avqustun 20-si axşam özünün “Facebook” səhifəs...
Həkimlər Navalnını xaricə aparmağa razılıq vermir
Rusiyalı həkimlər müxalif lider, Gələcək Rusiya Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnının müalicə üçün xaricə aparılmasına razılıq verməyiblər. Aleksey Navalnı avqustun 20-də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həmin gün o, Tomsk şəhərindən paytaxt Moskva...
Sərmayənin mənbəyi, istiqaməti
2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda iqtisadi və sosial sahələrə 7 milyard 588,3 milyon manat, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz çox vəsait yönəldilib. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, neft-qaz sektoruna investisiyalar 22,9 faiz artıb, d...
Cəhənnəmdən keçmiş mələk (177)
Avtobioqrafik roman Dördüncü bölüm Müəllif: BİRCƏ Özgəyə umudlu olanın çörəyi doğraqlı qalar – işə tutma taksilərlə gedib gəlirdim. İçimdəki o Səni səsləyən, Səni diləyən qadın çoxdan canımı cəhənnəmdə qoyub ərşə çəkilmişdi. Quru qaraltı, ruhsuz bədən kimi gəzib dolanırdım. Paltarımı əynimə kəfən k...
Tülkü toyu, bildirçinin bəyliyi…
İlham İsmayıl Bir tərəfdə günəş çıxıb eyni anda yağış yağanda deyərlər tülkü toy eləyir. Bir yanda ölkənin ab-havasının qeyri-müəyyənliyi, mənəvi iqlimindəki gərginliyi, əsir torpaqlar, digər yanda hədəfləri yalnız dövlət malını talamaq olan, son günlər baş verənləri traybalist təfəkkürdən dəyərlənd...
Məhkəmə qərarı dəyişmədi
Avqustun 20-də Bakı Apellyasiya Məhkəməsi diplomat Eldar Həsənovun həbsindən şikayətə baxıb. Vəkil Adil İsmayılovun yaydığı məlumata görə, şikayət təmin olunmayıb, Səbail Rayon Məhkəməsinin 14 avqust qərarı qüvvədə saxlanıb. Dövlət Təhlükəsizliyi Xidməti 2020-ci il iyulun 3-dən Xarici İşlər Nazirliy...
Yoluxma statistikası
Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 34759 nəfərə çatıb: onların 32511-i müalicə olunaraq sağalıb, 510-u vəfat edib, 1738-i aktiv xəstədir. Nazirlər Kabineti yanında operativ qərargahın məlumatına görə, avqustun 20-də 139 yeni yoluxma qeydə alınıb. 2019-cu ilin dekabr ayında Çind...