Komendant saatı gəlir
Sentyabrın 27-də prezident İlham Əliyev hərbi vəziyyət elan edilməsi haqqında fərman imzalayıb. Fərman sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutması, mülki şəxslər və hərbçilər arasında ölən və yaralananların olması, bu hücumları...
Hərbi vəziyyət elan edilir
Sentyabrın 27-də Milli Məclisin iclası keçirilib. İclasda prezident İlham Əliyevin Azərbaycan ərazisində hərbi vəziyyət elan edilməsi barədə fərmanı müzakirə olunaraq təsdiqlənib. Novator.az bildirir ki, qanuna görə, hərbi vəziyyət Azərbaycan ərazisinin müəyyən hissəsi faktiki işğal edildikdə; xaric...
Təhlükəsizlik Şurası toplanıb
Sentyabrın 27-də prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclas cəbhə xəttindəki gərginliklə bağlıdır. Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 27-si səhər saat 6 radələrində Ermənistan silahlı qüvvələri cəbhə zonasında Azərbaycan Ordusunun mövqelərini ...
Prezidentin xalqa müraciəti
Sentyabrın 27-də prezident İlham Əliyev xalqa müraciət edib. Dövlət başçısı Ermənistan silahlı qüvvələrinin səhər tezdən bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrini və hərbi mövqeləri atəşə tutduğunu deyib: “Düşmən atəşi nəticəs...
Şiddətli döyüşlər gedir
Müdafiə Nazirliyinin sentyabrın 27-si saat 12:11-də yaydığı məlumata görə, Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murov dağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar: “Raket-artilleriya qoşunları və a...
Cəbhədə gərginlik
Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, sentyabrın 27-si səhər saat 6 radələrində Ermənistan silahlı qüvvələri cəbhə zonasında Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub: “Tərtər rayonu...
Müxalif lider həbs edilib
Yerevanın Nork Maraş rayonuna və Mərkəzi rayona aid ilkin məhkəmə sentyabrın 25-i axşam Çiçəklənən Ermənistan Partiyasının sədri, biznesmen Qaqik Sarukyan barədə iki aylıq həbs qətimkan tədbiri seçib. Qərar Milli Təhlükəsizlik Xidmətinin vəsatəti əsasında çıxarılıb. Novator.az bildirir ki, Milli Təh...
35 ölkə “Avroviziya”ya hə deyib
İndiyədək 35 ölkə gələn ilin “Avroviziya” mahnı müsabiqəsində iştirakını təsdiqləyib. 1956-cı ildən keçirilən “Avroviziya” müsabiqəsi ictimai teleradioları cəmləşdirən Avropa Yayım Birliyinin layihəsidir. 2020-ci ildə Niderlandın Rotterdam şəhərində keçirilməli olan 65-ci yarışma koronavirus pandemi...
Kredit, əmanət, problemli kredit
Mərkəzi Bank yeni hesabatlar yayıb. Novator.az-ın məlumatına görə, sentyabrın 1-nə kreditlər 14 milyard 304,2 milyon manat, əmanətlər 7 milyard 874,4 milyon manat məbləğində göstərilir. 2020-ci ilin əvvəlinə 14 milyard 900,9 milyon manatlıq kredit, 8 milyard 637,9 milyon manatlıq əmanət qeydə alınmı...
1 milyona doğru
2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyası 193 ölkə, ərazi və məkanda 989 minə yaxın adamın ölümünə gətirib. Novator.az-ın məlumatına görə, ABŞ-da 207,5 min, Braziliyada 139,8 min, Hindistanda 92,3 min itki var. İlk onluqda bu ölkələr də yer alır: Meksika ...
Veteran futbolçu Rafiq Əlizadə ilə müsahibə
Novator.az idman icmalçısı Rasim Mövsümzadənin veteran futbolçu Rafiq Əlizadə ilə müsahibəsini təqdim edir. Müsahibəni “CBC Sport” televiziyası yayımlayıb. 1949-cu il fevralın 19-u Bakıda doğulan Rafiq Əlizadə 1966-1972 və 1976-1982-ci illərdə Bakının “Neftçi” komandasında yarımmüdafiəçi və hücumçu ...
Prezidentdən müharibə xəbərdarlığı
Prezident İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. AZƏRTAC xəbər verir ki, İlham Əliyev görüşdə bölgədə vəziyyətin mənfi məcraya doğru getdiyini deyib: “Bu da əsasən Ermənistanın Azərbaycana qarşı davamlı hərbi təxribatlarına gör...
Kompensasiya hesabatı
Əmanətlərin Sığortalanması Fondunun yeni hesabatına görə, fəaliyyətləri dayanmış “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBCBank” banklarının əmanətçilərinə qorunan əmanətlər üzrə 534,4 milyon manat kompensasiya ödənib. Mərkəzi Bank “Atabank”la “Amrah Bank”ın lisenziyalarını aprelin 28-də, “AGBank”la ...
Ukraynalıların 5 faizi prezident olmaq istəyir
Ukraynanın “Reytinq” qrupu 5000 nəfər arasında sorğu keçirib. Novator.az bildirir ki, 19-22 sentyabr arası aparılan sosioloji sorğunun nəticələrinə görə, respondentlərin 13 faizi yerli şuranın deputatı, 9 faizi ölkə parlamentinin üzvü, 7 faizi şəhər meri və ya kənd rəhbəri, 5 faizi dövlət başçısı – ...
Məşq
Azərbaycan Ordusunun tank və artilleriya bölmələri döyüş hazırlığı məşqləri keçir. Müdafiə Nazirliyinin 25 sentyabr məlumatına görə, məşqlərin məqsədi tank və artilleriya bölmələrinin şəxsi heyətinin peşəkarlığının artırılması, döyüş əməliyyatlarının planlaşdırılması və icrası zamanı qarşılıqlı fəal...
İlk iclasın planı
Sentyabrın 30-da Milli Məclisin payız sessiyası başlayır. Rəsmi məlumata görə, ilk iclasda payız sessiyasının qanunvericilik işləri planı müzakirə olunacaq, Hesablayıcı Komissiyanın üzvü seçiləcək, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi qərarı yenilənəcək. Gündəlikd...
Döyüş gündəliyi (9)
Tofiq Yaqublu Günortadan sonra o biri rotanın uşaqları voleybol oynayırdılar. Mən əsgərlikdə və ondan sonra bir müddət voleybol oynamışam. Təvazökarlıqdan uzaq olsa da, özümü yaxşı oyunçu saymışam. Dözə bilməyib mən də oyuna qoşuldum. Günorta yeməyindən dərhal sonra gedib Bərdədən Rimaya zəng etmişd...
Cəhənnəmdən keçmiş mələk (182)
Avtobioqrafik roman Dördüncü bölüm Müəllif: BİRCƏ Gözlərimi açanda ilk axtardığım qollarım oldu – biri sinəmin üstündəydi, o biri sistemə qoşuluydu. Azca dikəlib yatağımın ayaq ucuna baxanda səksəndim – ayaqlarıma kəfən kimi ağ nəsə geydirmişdilər. Azad qolumu güclə qaldırıb başıma çəkdim – saçları...
Nəzarət səlahiyyətləri
Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və Dövlət Turizm Agentliyinin əsasnamələrinə dəyişiklik edib. Novator.az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyi ictimai iaşə, turizm və mehmanxana fəaliyyəti istisna olmaqla sahibkarlıq subyektləri və onların vəzi...
Varşava yolunda
UEFA Çempionlar Liqasında və Avropa Liqasında dörd təsnifat mərhələsi arxada qalıb. Novator.az bildirir ki, 2020-2021 mövsümünə buraxılmış 237 komandadan 136-sı ilkin, birinci, ikinci və üçüncü raundlarda ələnib. Mübarizəni Çempionlar Liqasında 38, Avropa Liqasında 63 komanda davam etdirir. 55 UEFA ...