9 ayın kursu
Novator.az xarici valyutaların rəsmi məzənnələrinin yanvar-sentyabr aylarında necə dəyişməsinə nəzər salıb. Avro 2020-ci ilə 1,9025 manatla başlayıb. Fevralda maksimal qiymət 1,8839, martda 1,9332, apreldə 1,8740, mayda 1,8873, iyunda 1,9297, iyulda 2,0003, avqustda 2,0284, sentyabrda 2,0382 manat o...
Müdafiə Nazirliyinin zərbə hesabatı
Müdafiə Nazirliyinin 30 sentyabr məlumatına görə, işğaldakı Azərbaycan torpaqlarının azad olunması uğrunda Azərbaycan Ordusunun gərgin döyüşləri davam edir. Hesabatda qeyd olunur ki, sentyabrın 27-dən bəri düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli ...
“Rossiya 1”ə deyilənlər
“Təcavüzkarı elə cəzalandırmağa qabilik ki, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin”. Prezident İlham Əliyev sentyabrın 29-da “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” proqramına açıqlamasında belə deyib. Cəbhədə vəziyyətin gərgin olduğunu vurğulayan dövlət başçısı qeyd edib ki, ermənil...
Vahid Qazi İsveçin xarici işlər nazirinə səslənib
İsveçdə yaşayan azərbaycanlı yazıçı-publisist Vahid Qazi ölkənin xarici işlər naziri Ann Lindeyə məktub göndərib. Novator.az-ın məlumatına görə, Vahid Qazi nazirin “Tvitter” səhifəsindəki paylaşımına diqqət çəkir: “Yazırsınız Azərbaycanla Ermənistan arasında döyüşlərin başlamasından narahatam, dərha...
Cəlladlar peyda olur
Ermənistanın sabiq prezidenti Robert Köçəryan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə gəlib. Xəbəri Panorama.am saytı sentyabrın 29-da yayıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd rayonları, keçmiş Ağdərə rayonu) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Ağd...
Döyüş gündəliyi (11)
Tofiq Yaqublu O görüşdən iki gün keçəndən sonra əvvəl tanıdığım zabit həmənki yerdə görüşməyə çağırdı. Bu dəfə təkcə gəlmişdi. Narahat və qətiyyətsiz görünürdü. Dedi ki, rəhbərlikdə sənə tam inanmırlar, dediyin silahları vermək istəmirlər, deyirlər iki ədəd tank əleyhinə mina verək, karvanı onlarla ...
Merkellə telefon söhbəti
Sentyabrın 29-da Almaniya kansleri Angela Merkel prezident İlham Əliyevə zəng edib. Rəsmi məlumata görə, Angela Merkel cəbhə xəttində silahlı qarşıdurmadan narahatlığını ifadə edib və hadisələrin gedişi ilə maraqlanıb. İlham Əliyev qeyd edib ki, sentyabrın 27-si səhər Ermənistan Azərbaycana qarşı hə...
“Azərbaycan onlara yerini göstərəcək”
Prezident İlham Əliyev sentyabrın 29-da Pakistanın Azərbaycandakı yeni səfiri Bilal Hayenin etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfirlə söhbətində İlham Əliyev deyib: “Biz Azərbaycanın ərazi bütövlüyü məsələsində Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarıq. Pakistan Ermənistanın ...
Ağsaqqallar Şurasında yeni sədr
Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Kooperasiya Universitetinin rektoru, Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilib. Novator.az xəbər verir ki, qərar Ağsaqqallar Şurasının sentyabrın 29-da vi...
“Azərnəşr” Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat köçürüb
Azərbaycan Dövlət Nəşriyyatı (“Azərnəşr”) Azərbaycan Ordusunun uğurlu əməliyyatına dəstək olaraq Silahlı Qüvvələrə Yardım Fonduna daxili imkanı hesabına 10 min manat vəsait köçürüb. Məlumatı “Azərnəşr”in baş direktoru Əlövsət Ağalarov yayıb. O, bütün imkanı olan təşkilatları bu təşəbbüsə qoşulmağa ç...
BMT baş katibinə deyilənlər
Prezident İlham Əliyev sentyabrın 28-də BMT-nin baş katibi Antonio Quterreşlə videokonfrans formatında bir araya gəlib. Görüş Antonio Quterreşin təşəbbüsü ilə keçirilib. AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev deyib ki, Ermənistan sentyabrın 27-də təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin...
Füzuli döyüşləri, sərhəddə atəş
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusu Füzuli şəhərinin işğaldan azad olunması uğrunda hücumu davam etdirir: “Sentyabrın 29-u səhər saat 7-8 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının 4 tankı məhv edilib, döyüşlər gedir”. Başqa bir məlumata əsasən, se...
Komendant saatında hərəkət: rəsmi qərar verildi
Sentyabrın 28-də qərar qəbul edən Nazirlər Kabineti Azərbaycan ərazisində hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində əməkdaşlarının xidməti vəsiqə ilə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) siyahısını və əməkdaşlarının İcaze.e-gov.az portalından qeydiyyat...
Xüsusi karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda oktyabrın 30-da başa çatmalı olan xüsusi karantin rejiminin müddəti noyabrın 2-dək uzadılıb. Novator.az xəbər verir ki, Nazirlər Kabineti sentyabrın 28-də bununla bağlı qərar qəbul edib. Ölkədə xüsusi karantin rejimi koronavirus infeksiyasının qarşısını almaq məqsədilə, martın 31-dən tə...
Tofiq Yaqublunun məhkəməsi: bir vəsatət təmin olundu
Sentyabrın 28-də Bakı Apellyasiya Məhkəməsi siyasətçi Tofiq Yaqublunun şikayəti üzrə hazırlıq iclasını davam etdirib. Novator.az-ın məlumatına görə, Tofiq Yaqublunun vəkilləri Bakının Nizami Rayon Məhkəməsindəki prosesin protokolları ilə tanışlıq istəyi ilə vəsatət qaldırıblar. Məhkəmə vəsatəti təmi...
Döyüş gündəliyi (10)
Tofiq Yaqublu Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra altı rayonumuzun ermənilərə təhvil verilməsi məni çox üzürdü. O, iqtidara gələn kimi torpaqlarımızın müdafiəsindən daha çox hakimiyyətinin möhkəmləndirilməsi ilə məşğul olmağa başladı. Xüsusi hazırlaşdırılmış 33 batalyonu “cəbhəçilər” elan ...
Azərbaycan əsgəri
Fəxri Uğurlu Sən əllərin qoynunda oturub möcüzə gözləyirdin… Ancaq möcüzə olmadı. Başını qaldırıb yerə-göyə yaxşı-yaxşı baxsan, gördüyünü ağlının işığına tutsan, bilərsən ki, dünya başdan başa möcüzədi: ağacın bitməsi də, buludların axması da, doğulanın böyüməsi də, böyüyənin ölməsi də… ...
Bakıda orta maaş, başqa göstəricilər
2020-ci il avqustun 1-nə Azərbaycan paytaxtında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 948,5 manata çatıb. Novator.az-ın məlumatına görə, Bakı Şəhər Statistika İdarəsi belə hesabat yayıb. Rəsmi açıqlamada qeyd olunur ki, yanvar-avqust aylarında sənayedə istehsalın və xidmətlərin həcmi 2019...
Bölgələr üzrə kredit və əmanət
Novator.az bölgələr üzrə kredit və əmanət göstəricilərini təqdim edir. Mərkəzi Bankın hesabatına görə, 2020-ci il sentyabrın 1-nə Bakıda 11 milyard 521,2 milyon manatlıq kredit rəsmiləşib. İqtisadi rayonlar üzrə statistika belədir: Aran – 715,5 milyon manat Gəncə-Qazax – 602,1 milyon manat Abşeron –...
Komendant təyinatı, qismən səfərbərlik
Prezident İlham Əliyev hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında sərəncam imzalayıb. Sentyabrın 28-də imzalanan sərəncamla bu post daxili işlər naziri Vilayət Eyvazova həvalə edilib. Dövlət başçısının digər sərəncam ilə Azərbaycanda q...