Bakıdan Cocuq Mərcanlıya avtobus reysi
Yanvarın 9-da Bakı avtovağzalından Cəbrayılın Cocuq Mərcanlı kəndinə ilk avtobus reysi açılıb. AZƏRTAC xəbər verir ki, iki müntəzəm və dörd qeyri-müntəzəm xətt üzrə ümumilikdə 6 avtobus xidmətdə olacaq. Müntəzəm marşrut xətti üzrə Bakı-Sabirabad-Saatlı-İmişli-Daşburun-Horadiz-Cocuq Mərcanlı, qeyri-m...
Yaşamaq düsturu
Fiziki fəallıq daxil olmaqla faydalı vərdişlər və sağlam qidalanma adamın ömrünü 10 ilə qədər uzada bilər. Novator.az-ın məlumatına görə, Harvard Universitetinin (ABŞ) və Amsterdam Tətbiqi Elmlər Universitetinin (Niderland) alimləri xüsusi araşdırmada bu qənaətə gəliblər. Alimlər araşdırmaya 50 yaşı...
Ukrayna qəzanı dörd versiya üzrə araşdırır
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası yanvarın 8-də baş vermiş təyyarə qəzası ilə bağlı ilkin versiyalarını açıqlayıb. Novator.az bildirir ki, Ukraynaya məxsus “Boinq 737” sərnişin təyyarəsi İranda qəzaya uğrayıb. Paytaxt Tehrandan Kiyevə uçan sərnişin təyyarəsi yanvarın 8-i səhər tezdən ...
İqtisadi artım proqnozu: Azərbaycan və qonşular
Dünya Bankının proqnozuna görə, 2020-ci ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 2,3 faiz artacaq. Novator.az yaxın ölkələr üzrə müvafiq göstəriciyə də nəzər salıb: Özbəkistan – 5,7 faiz Tacikistan – 5,5 faiz Türkmənistan – 5,2 faiz Ermənistan – 5,1 faiz Gürcüstan – 4,3 faiz Qırğızıstan – 4 faiz ...
Daşqın Ağalarlı: Norveçə, ya Azərbaycana?
Polşada tutulmuş azərbaycanlı ictimai fəal Daşqın Ağalarlı yanvarın 8-də zaminə buraxılıb. Novator.az bildirir ki, 1966-cı il təvəllüdlü Daşqın Ağalarlı indiki Neft və Sənaye Universitetinin məzunudur. Azərbaycan Xalq Cəbhəsinin öncül fəallarından biri kimi tanınıb. 1992-1993-cü illərdə Dövlət Yanac...
Avropa Parlamenti seçkini niyə müşahidə etmir?
Avropa İttifaqının qanunverici orqanı – Avropa Parlamenti Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkisini müşahidə etməyəcək. Yanvarın 8-də qurumdan “Turan” agentliyinə daxil olan məlumata görə, Avropa Parlamentinin və ya onun strukturlarının heç bir üzvünə Avropa Parlamenti adından seçki...
Badamdar yenə sürüşdü
Yanvarın 9-u səhər Bakının Badamdar qəsəbəsinin sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar qəsəbəsi ilə 20-ci sahə arasındakı magistral avtomobil yoluna doğru hərəkət edib. Mill...
Məzənnələr
Mərkəzi Bank yanvarın 9-da ABŞ dollarının kursunu 1,7 manat səviyyəsində saxlayıb. Rəsmi məzənnələri düşən avro banklara 1,8896, Gürcüstan larisi 0,5936 manata təklif olunur. Dəyər artıran Rusiya rubluna 0,0277, Türkiyə lirəsinə 0,2872 manat qiymət qoyulub (Valyutalar). 2015-ci ilin devalvasiyaları ...
Tapşırıq barədə tapşırıq
2019-cu il martın 1-də mədəniyyət və incəsənət xadimlərinin prezident İlham Əliyevlə görüşündə çıxış edən Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə paytaxt Bakıda yeni rayon yaradılması təklifi vermişdi: “Bakının tarixi mərkəzi var. Mütləq bunun sərhədləri müəyyənləşməlidir....
Seçki yarışının yeni statistikası
Fevralın 9-na təyin edilmiş parlament seçkisinin yeni statistikası açıqlanıb. Mərkəzi Seçki Komissiyasının 8 yanvar hesabatına görə, seçkiyə 2381 iddiaçı qatılıb, onların 617-si rəsmən qeydə alınıb: 149 nəfər siyasi partiyanın, 6 nəfər təşəbbüs qrupunun namizədidir, 462 nəfər namizədliyini özü irəli...
41-dən 7-si
Novator.az yenidən “Avroviziya 2020” mahnı müsabiqəsi iştirakçılarının siyahısına nəzər salıb. Mayın 12-16-da Niderlandın Rotterdam şəhərində keçiriləcək yarışa 41 ölkə qatılır. Yanvarın 8-dək onların 7-si təmsilçisini müəyyənləşdirib: Albaniya – Arilena Ara Avstriya – Vinsent Bueno Belçika – “Huver...
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni sədri
Yanvarın 8-də prezident İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edib. Bu təyinata qədər Anar Quliyev sədrin birinci müavini idi. Anar Quliyevi qəbul edən prezident İlham Əliyev deyib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin funksiyaları genişləndir...
Valyuta ehtiyatı 632,3 milyon dollar artıb
Mərkəzi Bankın rəsmi hesabatına görə, 2020-ci il yanvarın 1-nə valyuta ehtiyatının həcmi 6 milyard 258 milyon dollara çatıb. Novator.az bildirir ki, bu, 2019-cu ilin əvvəli ilə müqayisədə 632,3 milyon dollar çoxdur. Ötən il yanvarın 1-nə 5 milyard 625,7 milyon dollarlıq valyuta ehtiyatı vardı. 2009-...
Müsavatın 6 namizədi qeydə alınıb
Fevralın 9-da keçiriləcək parlament seçkisinə qatılan Müsavat Partiyasının hələlik 6 namizədi rəsmən qeydə alınıb. Yanvarın 8-də partiyanın mətbuat xidmətindən Novator.az-a bildiriblər ki, Müsavatın ümumilikdə 75-ə yaxın namizədi qeydiyyat üçün tələb olunan sənədləri dairə seçki komissiyalarına təhv...
Turizm göstəriciləri
Dövlət Turizm Agentliyi statistika yayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2019-cu ildə Azərbaycana səfər edən xaricilərin sayı 2018-ci illə müqayisədə 11,4% artaraq 3 milyon nəfəri ötüb: “Avropa ölkələrindən gələnlərin sayı 224 min nəfər olub, bu da 2018-ci ilə nisbətdə 14,7% çoxdur. Bö...
Şəhid əsgər dəfn edildi
Şəhid əsgər Fərzəli Fərzəliyev yanvarın 8-də dəfn edilib. Dövlət Sərhəd Xidmətinin rəsmi məlumatına görə, sərhədçi əsgər yanvarın 7-də Ermənistan silahlı qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində açdığı snayper atəşi ilə öldürülüb. AZƏRTAC xəbər verir ki, Fərzəli Fərzəliyev yanvar...
Sosial sığortada nələr dəyişsin?
İqtisadçı Rövşən Ağayev sosial sığorta qanununa dəyişikliklər təklif edir. Novator.az-ın məlumatına görə, ekspert özünün “Facebook” səhifəsində yazır ki, qanunun 14.5.6-cı maddəsinə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı ...
Reportyorlar (55)
Firuzə Davudqızı *** …Azər həmkarı Yusiflə birlikdə xarici ölkələrdən birində ezamiyyətdə idi. Çəkiliş aparıb, material topladıqdan sonra səhər Rusiyaya yola düşməli idilər. Otelə qayıtmazdan əvvəl yaxınlıqdakı restoranların birinə şam yeməyinə getdilər. Yusif aradan keçən bu müddətdə Azərin d...
Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti
Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin məbləği açıqlanıb. Müdafiə Nazirliyinin 8 yanvar hesabatına görə, fonda 106,9 milyon manat toplanıb. Bir ildə 10,5 milyon manatlıq artım qeydə alınıb. 2019-cu ilin əvvəlinə fonda 96,4 milyon manat daxil olmuşdu. 2002-ci ildə yaradılmış Silahlı Qüvvə...
İqtisadi artım nədən yavaşıyır?
Dünya Bankı yeni hesabatında Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım tempini 2020-ci il üçün 2,3 faiz, 2021-ci il üçün 2,1 faiz göstərir. İqtisadçı alim Qubad İbadoğlu bununla bağlı şərhində qeyd edir ki, proqnoz Dünya Bankının 2019-cu ilin iyun ayındakı rəsmi açıqlamasından kəskin fərqlənir:...