88 nəfər işə bərpa olunub
Dövlət Əmək Müfəttişliyi Xidməti 2019-cu ildə vətəndaş müraciətlərini araşdırarkən 88 işçinin əmək müqavilələrinə qanunsuz xitam verildiyini müəyyən edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, görülən tədbirlər nəticəsində həmin işçilər əvvəlki işlərinə bərpa olunublar. Hesabata g...
Mehman Hüseynov xaricə müayinəyə gedib
Bloqçu Mehman Hüseynov tibbi müayinədən keçmək üçün Gürcüstana yola düşüb. “Turan” agentliyi xəbər verir ki, Mehmanın müayinə və müalicə olunmasına zərurət onun ötən il dekabrın 27-də aldığı xəsarətlərə görə yaranıb. Məlumata görə, Mehman dekabrda xəsarət alandan sonra Bakıda tibbi müayinədən keçib,...
Yaxın ölkələrlə ticarət
Novator.az Azərbaycanın yaxın ölkələrlə 2019-cu ildəki rəsmi ticarət statistikasına nəzər salıb. Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2019-cu ildə Azərbaycan Türkiyəyə 2 milyard 862,6 milyon dollarlıq məhsul ixrac edib. Rusiyaya 731,8 milyon dollarlıq, Gürcüstana 586,9 milyon dollarlıq, Ukrayn...
Deputat olmaq istəyən deputatlar
Fevralın 9-u Azərbaycanda parlament seçkisi keçiriləcək. Marafona qoşulanların 82-si indiki Milli Məclisdə təmsil olunur. Novator.az onların hansı dairələrdən namizəd olmasına nəzər salıb: 1 saylı Şərur-Sədərək seçki dairəsi – Vasif Talıbov (YAP) 2 saylı Şərur seçki dairəsi – İsa Həbibbəyli (YAP) 3 ...
İxrac və idxalın rəsmi göstəriciləri
Novator.az Azərbaycanın 2019-cu ildəki rəsmi ixrac-idxal dinamikasına nəzər salıb. Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2019-cu ildə Azərbaycandan 19 milyard 635,5 milyon dollarlıq məhsul ixrac olunub, idxal 13 milyard 667,2 milyon dollar həddində rəsmiləşib. Yanvarın ixracı 1 milyard 279,4 mi...
Gömrük pozuntuları statistikası
Gömrük pozuntularının illik hesabatı verilib. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki, 2019-cu ildə 562 qaçaqmalçılıq faktı, 393 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi faktı, 28 aksiz markası olmadan mal idxal etmə faktı, 11 gömrük ödənişindən yayı...
Cəbhəçi niyə həbsə getdi?
AXCP-nin Salyan şöbəsinin fəalı Əlizamin Salayev 30 sutkalıq həbs cəzası alıb. Qərarı yanvarın 13-də Səbail Rayon Məhkəməsi çıxarıb. Əlizamin Salayev həmin gün AXCP-nin digər üzvləri Nicat Abdullazadə və Ceyhun Novruzovla birgə tutulub. “Turan”a danışan Nicatın sözlərinə görə, onlar Səbail rayonunda...
Xarici ticarətin illik hesabatı
2019-cu ilin xarici ticarət statistikası açıqlanıb. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsinin yekun hesabatına görə, ötən il Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 33,3 milyard dollar olub, 19,6 milyard dollarlıq ixrac, 13,7 milyard dollarlıq idxal qeydə alınıb. 195 ölkə ilə tica...
Sabitlik və dəyişmələr
Yanvarın 14-də ABŞ dollarının rəsmi kursu 1,7 manat səviyyəsində saxlanıb. Bu qiymət 2018-ci il martın 7-dən qüvvədədir. Novator.az-ın məlumatına görə, Rusiya rublunun məzənnəsi də dəyişməyib: 0,0278 manat. Mərkəzi Bank bahalaşan avroya 1,8932 manat qiymət qoyub. Dəyər itirən Gürcüstan larisi bankla...
25-ci orden
Neftçi alim və geoloq, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif olunub. Prezident İlham Əliyevin sərəncamında təltif Azərbaycanın neft sənayesinin inkişafında böyük xidmətlər və uzunmüddətli səmərəli fəaliyyətlə əsaslandırılıb. Yan...
Talıbova yubiley təltifi
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovu “Şərəf” ordeni ilə təltif edib. Təltif dövlət quruculuğu işlərində xüsusi xidmətlərlə əsaslandırılıb. Yanvarın 14-də Vasif Talıbovun 60 yaşı tamam olub. Novator.az bildirir ki, Vasif Talıbov 1960-cı ildə Şərurun ...
13 yanvar müşavirəsində
“İqtisadi sahədə əldə edilmiş nəticələr qənaətbəxşdir”. Yanvarın 13-də keçirdiyi müşavirədə çıxış edən prezident İlham Əliyev belə deyib. 2019-cu ilin yekunlarına həsr olunmuş 13 yanvar müşavirəsində birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Əli Əsədov, baş nazirin müavini Şahin Mustafayev...
19-cu ilin nöqtəsi
Yanvarın 13-də prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Əli Əsədov, baş nazirin müavini Şahin Mustafayev, maliyyə, iqtisadiyyat, əmək və əhalinin sosial müdafiəsi, kənd təsərrüfatı nazirl...
Nazir jurnalistin məsələsini nəzarətə götürüb
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Criminal.az saytının baş redaktoru Anar Məmmədovu qəbul edib. Son günlər sosial şəbəkədə naməlum şəxslərin Anar Məmmədovu vəhşicəsinə döyməsi və bu hücumu hansısa oliqarxın təşkil etməsi barədə uydurma xəbərlər yayılıb. Baş redaktor daxili işlər ...
Sançesin hökuməti rəsmiləşdi
İspaniyanın yeni hökuməti yanvarın 13-də kral VI Felipenin hüzurunda and içərək fəaliyyətə başlayıb. Novator.az-ın məlumatına görə, Sosialist Fəhlə Partiyasının lideri Pedro Sançesin baş nazirlik etdiyi hökumət onun 4 müavinindən və 18 nazirdən ibarədir. 1972-ci il təvəllüdlü Pedro Sançes hökumətə 2...
“Seçki – 2020” mərkəzi işə düşüb
Mərkəzi Seçki Komissiyasının Müstəqil Media Mərkəzi işə düşüb. “Seçki – 2020” adlanan mərkəz Bakıdakı “Hilton” hotelinin “ONYX” zalında yerləşir (telefon: (+99412) 565-50-29 (30, 31), elektron poçt: [email protected]). Rəsmi məlumata görə, mərkəz müasir informasiya-kommunikasiya texnologiyaları, zə...
Yeni nəşrlər
“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda qısa məlumatları təqdim edirik. Stiven Hokinq, “Böyük suallara qısa cavablar” Stiven Hokinq nəzəri fizika və kosmologiya üzrə görkəmli alim, yazıçı, Kembric Universitetinin Nəzəri Kosmologiya Mərkəzinin elmi işlər üzrə direktoru kimi tanınıb. Kva...
İxracın şaxələnməsi: beynəlxalq hesabat nə deyir?
Dünya Bankı Qazaxıstan iqtisadiyyatı üzrə illik hesabat açıqlayıb. Novator.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev yazır ki, hesabatda Qazaxıstanın ixracının konsentrasiya səviyyəsi beş resurs ölkəsi, o cümlədən Azərbaycanla müqayisə edilib: “Ekspertlərin hesablamalarına görə, 2000-2018-ci il...
Ekspertin nazirliyə təklifi var
İqtisadçı Qubad İbadoğlu Təhsil Nazirliyinə təklif verib. Novator.az-ın məlumatına görə, ekspert özünün “Facebook” səhifəsində yazır ki, ictimaiyyət hansı orta və ali məktəb daha yaxşıdır, hansı ixtisası seçməli, hansı peşəni öyrənməli kimi suallarla tez-tez qarşılaşır: “Belə sualları cavablandırmağ...
“Yetimdoyduran” çıxıb
Gürcüstanda yaşayan azərbaycanlı şair İbrahimxəlilin “Yetimdoyduran” adlı yeni şeirlər kitabı işıq üzü görüb. Kitab Tbilisinin “Saqa” nəşriyyatında çap olunub. Kitaba müəllifin yeni yazıları, “Durna diasporu” silsiləsindən otuz beş şeiri və yenidən işlədiyi “İbrahim” rapsodiyası daxil edilib. Mənəvi...