Gələcək naminə Etibar!
Bir dəfə tərcüməçi Natiq Səfərovla “Araz” çayxanasına getmişdik. Redaksiyamız “Yazıçı” nəşriyyatında yerləşirdi, havalar nə qədər isti olsa da, çayxananın Fontanlar bağına baxan tərəfindəki masada həmişə hava oynardı, kafenin sahibi oranı zəbt etməsə, özümüzü ora verərdik. İsti hava, isti çay – canı...
Partiyalılıq qadağası işləyirmi?
“Siyasi partiyalar haqqında” qanuna görə, dövlət mətbuatı orqanlarının işçiləri siyasi partiyaların üzvü ola bilməz. Söhbət hansı media quruluşlarından gedir? Məsələn, “Azərbaycan” qəzeti Milli Məclisin orqanıdır. “Xalq qəzeti”nin, “Respublika” və “Bakinski raboçi” qəzetlərinin təsisçilərindən biri ...
Epidemiya: Nazirlər Kabineti qərarlar verdi
Yanvarın 28-i Nazirlər Kabinetində Çində yayılmış və dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlər müşavirəsi keçirilib. Rəsmi məlumata görə, baş nazir Əli Əsədovun sədrlik etdiyi müşavirəyə aidiyyəti dövlət qurumlarının rəhbərləri qatılıb. Yekun...
Fövqəladə hadisələrin illik statistikası
Fövqəladə Hallar Nazirliyi illik hesabat yayıb. Rəsmi məlumata görə, 2019-ci ildə ölkədə 16571 təbii və texnogen mənşəli hadisə baş verib, bu da 2018-ci illə müqayisədə 7 faiz çoxdur. Hadisələr nəticəsində 70 nəfər həlak olub, 338 nəfər xəsarət alıb. Yanğın hadisələri zamanı 53 nəfərin, partlayış ha...
Oqtay Şirəliyevdən koronavirus əmri
Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə əmr imzalayıb. Əmrdə qeyd olunur ki, 2019-cu ilin dekabr ayında Çində naməlum mənşəli pnevmoniyanın törədicisi kimi korona virusu aşkar edilib və xəstəliyin qeydiyyatına başlanıb,...
Qabil Məmmədov Yadigar Sadıqlıya dəstək verdi
Fevralın 9-da keçiriləcək parlament seçkisinə 73 saylı Lənkəran şəhər dairəsindən qatılan, ancaq namizəd ola bilməyən general-mayor Qabil Məmmədov yeni müraciət yayıb. 73 saylı Lənkəran Şəhər Dairə Seçki Komissiyası Azərbaycan Ordusunun birləşmə komandanı olmuş Qabil Məmmədovun namizədliyini qeydə a...
Sabir Rüstəmxanlı Neftçala ilə bağlı vahid plan hazırlayacaq
Fevralın 9-da keçiriləcək parlament seçkisində 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı seçicilərlə görüşlərini davam etdirir. Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində görüş zamanı namizədin vəkili, rayonun tanı...
Azərbaycan nefti 11 dollardan çox ucuzlaşıb
Energetika Nazirliyinin 28 yanvar məlumatına görə, London birjasında brent markalı neftin barreli 59,13 dollara, Nyu-York birjasında layt markalı neftin barreli 53,03 dollara satılır. Azərbaycan nefti “AzəriLayt”ın barrelinə 58,35 dollar qiymət qoyulub. Azərbaycanın 2020-ci il büdcəsində neftin qiym...
Məzənnələr
Mərkəzi Bank yanvarın 28-də avro (1,8738 manat), Gürcüstan larisi (0,5888 manat) və Rusiya rublunu (0,0270 manat) ucuzlaşdırıb. ABŞ dollarının rəsmi kursu 1,7 manat həddində qalıb, bahalaşan Türkiyə lirəsi isə banklara 0,2860 manata təklif olunur (Valyutalar). Avro 2020-ci ilə 1,9025, lari 0,5947, r...
Pasport işində yeni mərhələ
AXCP sədri Əli Kərimli ona ümumvətəndaş pasportu (xarici pasport) verməkdən imtina edən Daxili İşlər Nazirliyi ilə yeni məhkəmə çəkişməsi aparacaq. “Turan”ın məlumatına görə, Əli Kərimli bu dəfə Bakı İnzibati Məhkəməsinə üz tutub. Siyasətçi məhkəməyə müraciətində Daxili İşlər Nazirliyinin üzərinə on...
Bir məhkəmə də jurnalistə yox dedi
Bakı Apellyasiya Məhkəməsi Müsavat Divanının üzvü, “Basta” saytının baş redaktoru Mustafa Hacıbəylinin şikayəti üzrə prosesi başa çatdırıb. Novator.az-ın məlumatına görə, yanvarın 27-də keçirilən məhkəmə iclasında şikayətin təmin olunmamasına qərar verilib, Binəqədi Rayon Məhkəməsinin 24 dekabr 2019...
İlham Əliyev nə məsləhət görür?
AZƏRTAC prezident İlham Əliyevin Rusiyanın “Rossiya 24” televiziya kanalına yanvarın 20-si Davosda verdiyi müsahibənin mətnini yayıb. İri neft ixracatçılarını birləşdirən OPEK və bir neçə qeyri-OPEK ölkəsinin neft hasilatını tənzimləməklə bağlı müntəzəm razılaşmalarına toxunan İlham Əliyev deyib ki,...
AŞPA-da yeni rəhbər
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 27 yanvar iclasında qurumun yeni prezidenti (sədri) seçilib: Hendrik Dams. Belçikalı deputat bu posta yeganə namizəd olub. Novator.az-ın məlumatına görə, o, isveçrəli Lilian Mori-Paskyeni əvəzləyib. AŞPA 1949-cu ildə yaradılan Avropa Şurasının əsas inst...
“Avroviziya”: 10 təmsilçi bəllidir
Novator.az “Avroviziya 2020” mahnı müsabiqəsi iştirakçılarının siyahısına nəzər yetirib. Mayın 12-16-da Niderlandın Rotterdam şəhərində keçiriləcək yarışa 41 ölkə qatılır. Yanvarın 27-dək onların 10-u təmsilçisini müəyyənləşdirib: Albaniya – Arilena Ara Avstriya – Vinsent Bueno Belçika – “Huverfonik...
Qəlpəli namizəd: döyüşdə və yaralı – VİDEO, FOTO
84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Yusif Ağayevin Qarabağda döyüşdə və yaralı vəziyyətdə hospitalda olduğu anların videosu yayılıb. Yusif Ağayev Qarabağ qazisi, II qrup əlildir. O, 1991-1992-ci illərdə Baş Prokurorluğun Dağlıq Qarabağ üzrə mühüm işlər müstəntiqi, 1992-1996-cı illə...
Vergi pozuntuları, tədbirlər
2019-cu ildə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində 320 cinayət işi başlanıb. Vergiler.az-ın məlumatına görə, əvvəlki ildən qalmış işlər də nəzərə alınmaqla 293 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb: “Onların 167-nin icraatına xitam verilib, 149 n...
193 ölkədən 3 milyon 170,4 min nəfər
2019-cu ildə Azərbaycana 193 ölkədən 3 milyon 170,4 min nəfər və ya əvvəlki illə müqayisədə 11,3 faiz çox əcnəbi gəlib. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi Dövlət Sərhəd Xidmətinə istinadla bildirir ki, gələnlərin 29,4 faizi Rusiya, 22,9 faizi Gürcüstan, 10 faizi Türkiyə, 8,1 f...
Seçki bülletenləri çap olunur
Mərkəzi Seçki Komissiyası fevralın 9-da keçiriləcək parlament seçkisinin bülletenlərinin çapına başlayıb. Rəsmi xəbərdə bildirilir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov yanvarın 27-də Milli Məclisin mətbəəsinə baxış keçirərək çap prosesinin gedişi ilə tanış olub. 5 milyon 387 min 60...
Görüş yeri Cenevrə
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi məlumat yayıb. Rəsmi açıqlamaya görə, nazir Elmar Məmmədyarov yanvarın 29-u İsveçrənin Cenevrə şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək. Yanvarın 30-da isə nazirin ermənistanlı həmkarı Zöhrab Mnasakanyanla bir araya gələc...
Qubad İbadoğludan xəbərdarlıq və təkliflər
Çində təhlükəli korona virusunun yayılması Azərbaycanın bu ölkə ilə əlaqələrinə də təsir edəcək. İqtisadçı, Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu belə düşünür. Novator.az-ın məlumatına görə, Qubad İbadoğlu özünün “Facebook” səhifəsində yazır ki, ilk və daha ciddi təsir ticarət münasi...