• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni təltiflər, təltif statistikası

  • 30 Dekabr 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Silahlı Qüvvələrin hərbi qulluqçularının təltifi davam etdirilir. Dekabrın 30-da prezident İlham Əliyevin sərəncamı ilə bir qrup hərbi qulluqçuya “Hərbi xidmətlərə görə” medalı verilib. Siyahıda general-mayorlar Məmmədov Nizami Ağoğlan oğlu, Mirzəyev Yusif Həsən oğlu, Nəsibov Qədir Əşrəf oğlu da yer alır.

AZƏRTAC bildirir ki, dekabrın 9-dan başlayaraq 83 nəfər Vətən Müharibəsi Qəhrəmanı adı, 33 nəfər “Zəfər” ordeni, 204 nəfər “Qarabağ” ordeni, 343 nəfər müxtəlif dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 105 nəfər 3-cü dərəcəli “Rəşadət” ordeni, 288 nəfər “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər.

3598 nəfər “Vətən uğrunda”, 622 nəfər “İgidliyə görə”, 1113 nəfər “Döyüşdə fərqlənməyə görə”, 5449 nəfər “Cəsur döyüşçü”, 12519 nəfər “Cəbrayılın azad olunmasına görə”, 13953 nəfər “Füzulinin azad olunmasına görə”, 7991 nəfər “Xocavəndin azad olunmasına görə”, 3549 nəfər “Zəngilanın azad olunmasına görə”, 3572 nəfər “Suqovuşanın azad olunmasına görə”, 9376 nəfər “Qubadlının azad olunmasına görə”, 4646 nəfər “Şuşanın azad olunmasına görə”, 5203 nəfər “Kəlbəcərin azad olunmasına görə”, 2267 nəfər “Ağdamın azad olunmasına görə”, 5775 nəfər “Laçının azad olunmasına görə”, 1981 nəfər “Hərbi xidmətlərə görə” medalları alıb.

Təltiflər qalibiyyətli Vətən müharibəsi ilə bağlıdır.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox kənd və qəsəbəsi azad olunub.

Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb. Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır.

Laçın şəhəri və rayonun bir neçə kəndi bölgədə atəşkəsi qorumağa məsul olan Rusiya hərbçilərinin nəzarətindədir.

Rəsmi hesabata görə, müharibədə Silahlı Qüvvələrin 2823 hərbi qulluqçusu şəhid olub.

Qəhrəman adı alan, təltif edilən hərbçilər

Yeni təltiflər

18 dekabr təltifləri

“Cəbrayılın azad olunmasına görə” medalı alanlar

Təltif sərəncamları

Azadlıq təltifləri

20-ci ilin 20 populyar adı

  • 30 Dekabr 2020
  • comments

Anamın peyvənd yaddaşı

  • 30 Dekabr 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Anım
  • Hüquq
  • Ordu

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda