2021-ci ilin dövlət büdcəsi layihəsində yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat götürülür. Bu rəqəmlər illik minimum istehlak səbətinə əsaslanır. Novator.az bildirir ki, Nazirlər Kabineti əmək qabiliyyətli əhali üçün illik minimum istehlak səbətinə bu ərzaq məhsullarını daxil edib:
– 136,8 kiloqram çörək və çörək məhsulları;
– 54,8 kiloqram kartof;
– 97,2 kiloqram tərəvəz və bostan məhsulları;
– 38 kiloqram meyvə və giləmeyvə;
– 32,9 kiloqram ət və ət məhsulları;
– 223,6 kiloqram süd və süd məhsulları;
– 7,7 kiloqram balıq və balıq məhsulları;
– 150 ədəd yumurta;
– 16,9 kiloqram şəkər və qənnadı məmulatları;
– 10,9 kiloqram bitki yağı, marqarin və digər piylər;
– 7 kiloqram kərə yağı;
– 4,7 kiloqram digər məhsullar.
Qeyri-ərzaq malları siyahısında palto tipli üst geyimləri qrupu; kostyum tipli üst geyimləri; alt geyimləri; corab məmulatları; baş geyimləri və xırdavat məmulatları; ayaqqabı; məktəb-yazı ləvazimatları; yataq ləvazimatları; mədəni-məişət və təsərrüfat malları; ilkin tələbat və sanitariya əşyaları, dərmanlar var.
Xidmətlər sırasında mənzil; mənzillərin qızdırılması; isti və soyuq su təchizatı; kanalizasiya; qaz təchizatı; enerji təchizatı; nəqliyyat xidmətləri; rabitə; internet xidmətləri və digər xidmətlər yer alır.