11 aylıq xarici ticarət statistikası yayılıb. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsinin rəsmi açıqlamasına görə, 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 22 milyard 746 milyon dolları ötüb, 13 milyard dollardan çox ixrac, 9,6 milyard dollardan çox idxal qeydə alınıb.
183 ölkə ilə ticarət əməliyyatı aparıldığı, gömrük orqanlarının büdcəyə 3 milyard 585,5 milyon manat vəsait ödədiyi vurğulanır.
Rəsmi məlumata əsasən, ixracın 9,1 faizi MDB ölkələrinin, 50,4 faizi Avropa İttifaqı ölkələrinin, 40,5 faizi başqa ölkələrin payına düşüb.
İdxalda MDB-nin payı 25,7 faiz, Avropa İttifaqının payı 23,9 faiz, başqa ölkələrin payı 50,4 faiz göstərilir.
11 ayda əsas tərəfdaş İtaliya olub, bu ölkə ilə ticarət ümumi dövriyyənin 19,6 faizi həcmində rəsmiləşib.
İxracda əsas ölkə İtaliya (31,3 faiz), idxalda Rusiyadır (18,3 faiz).
Hesabata görə, ixracın 87,4 faizi neft-qaz, 4,2 faizi meyvə-tərəvəzdir.
İdxalın 15,1 faizi yeyinti məhsulları kimi rəsmiləşib.