• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Simanı dəyişən maska – Pandemiya icadları FOTO, VİDEO

  • 22 Dekabr 2020
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiVideoXəbər

Koronavirus pandemiyası yeni icadlara yol açır.

Novator.az saytı “Reuters” agentliyinə istinadla xəbər verir ki, Yaponiyada mağazaların birində satıcı işləyən Şuxei Okavara adlı gənc yeni maska modelləri düzəldib.

O, üç mücərrəd insanın simasını, daha doğrusu üç naməlum yapon gəncin üz cizgilərini dəqiqliklə əks etdirən maskalar hazırlayıb.

Okavara “Reuters”ə açıqlamasında deyib ki, əslində buna insanları virusdan qorumağa xidmət edən bir iş kimi deyil, əyləncə kimi baxır.

Fantaziyaçı gəncin maskaları paytaxt Tokioda əyləncəli gecələrin iştirakçıları və teatr tamaşaları üçün aksessuarların satışı ilə məşhurlaşmış  “Kamenya Otome” mağazasında satışa çıxarılacaq.

Maskanın birinin qiyməti 950 ABŞ dolları məbləğindədir.

Okavara öz maska modellərini ona göndərilən 100 fotoşəkil arasından seçdiyini bildirib. Fotoşəkillər ona oktyabr ayından, yəni bu layihəyə başladığı vaxtdan göndərilib. Sonra o, seçdiyi üz təsvirlərinin 3-D printerində çap olunmuş variantları üzərində işləməyə başlayıb.

Okavara mağazasının müştəriləri arasında maskaları konkret məqsədlər üçün alanların elə də çox olmadığını, alıcıların əksərinin maskalara incəsənət əsəri kimi yanaşdığını vurğulayıb.

Gənc fantaziyaçı öz maskalarının çeşidini artırmağı və başqa millətlərin nümayəndlərinin fizionomiyasına uyğun maskalar hazırlamağı da planlaşdırır.



Mənbə: Reuters.com

Büdcə layihəsindən görünənlər

  • 22 Dekabr 2020
  • comments

Peyvənd təklifləri

  • 22 Dekabr 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Gənclər
  • Səhiyyə
  • Sosial
  • Texnologiya

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda