• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İşlər İdarəsinin işi

  • 22 Dekabr 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Dekabrın 22-də fərman imzalayan prezident İlham Əliyev Nazirlər Kabinetinin İşlər İdarəsi haqqında əsasnaməni təsdiqləyib.

Novator.az bildirir ki, əsasnaməyə görə, İşlər İdarəsinin fəaliyyət istiqaməti Nazirlər Kabineti Aparatının və İşlər İdarəsinin maliyyə, təsərrüfat, təşkilati, nəqliyyat və maddi-texniki təminat məsələlərini həll etməkdən ibarətdir. Qurumun vəzifələri sırasında Nazirlər Kabineti Aparatının və İşlər İdarəsinin fəaliyyəti üçün zəruri şəraitin yaradılması, onların maliyyə, inventar, dəftərxana ləvazimatları, rabitə, nəqliyyat, kommunal və digər maddi-texniki təminatı ilə bağlı tədbirləri həyata keçirmək; Nazirlər Kabineti Aparatının və İşlər İdarəsinin əsaslı tikinti və təmir ehtiyaclarını təmin etmək, onların istifadəsində olan dövlət əmlakının, o cümlədən binaların, avadanlıq və qurğuların, habelə İşlər İdarəsinin avtomobil parkının səmərəli istismar edilməsi və mühafizəsini təşkil etmək; Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı keçirilən iclasların və digər tədbirlərin texniki təminatı ilə bağlı tədbirlər görmək; baş nazirin və onun müavinlərinin tapşırıqlarının icrasını aidiyyəti üzrə təşkil etmək kimi məsələlər var.

İşlər İdarəsi bilavasitə baş nazirə tabedir. Qurumun strukturunu prezident müəyyən edir, işçilərinin say həddini baş nazir təsdiqləyir.

İdarəyə ümumi rəhbərliyi Nazirlər Kabinetinin işlər müdiri həyata keçirir. İşlər müdirinin təyinatı baş nazirin səlahiyyətindədir.

Hazırda işlər müdiri postunu Hikmət Xəlilov tutur.

Prezidentin yuxarı icra orqanı olan Nazirlər Kabinetinə baş nazirin müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. Qurumun əsas səlahiyyətləri dövlət büdcəsinin hazırlanması və icrası, maliyyə-kredit və pul siyasətinin, dövlət iqtisadi və sosial proqramlarının həyata keçirilməsi, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlikdir.

Virusun yeni növü haqda məlum olanlar – “Reuters”

  • 22 Dekabr 2020
  • comments

Xarici və daxili borc, borca xidmət

  • 23 Dekabr 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda