Energetika Nazirliyinin məlumatına görə, dekabrın 22-də brent markalı neftin barreli London birjasında 49,75 dollara, layt markalı neftin barreli Nyu-York birjasında 46,77 dollara satılır.
“AzəriLayt” markalı Azərbaycan neftinin barrelinə 50,90 dollar qiymət qoyulduğu bildirilir.
Azərbaycanın 2020-ci il büdcəsində bir barrel neftin qiyməti 55 dollardan götürülüb, avqust ayında 35 dollara salınıb.
“AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43, maya 22,92, iyuna 38,14, iyula 43,02, avqusta 44,36, sentyabra 45,92, oktyabra 40,92, noyabra 37,75, dekabra 48,05 dollarla başlayıb.
2021-ci ilin dövlət büdcəsində qiyməti 40 dollara qaldırmaq nəzərdə tutulur.
2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda kondensatla birlikdə 31,6 milyon ton neft çıxarılıb, onun 26 milyon tonu ixrac olunub.
Novator.az bildirir ki, gündəlik xam neft hasilatı yanvarda 678 min barrel, fevralda 667,4 min barrel, martda 683,7 min barrel, apreldə 679,8 min barrel, mayda 557,2 min barrel, iyunda 553,8 min barrel, iyulda 554,1 min barrel, avqustda 584,6 min barrel, sentyabrda 585 min barrel, oktyabr və noyabrda 587 min barrel göstərilib.
Beynəlxalq razılaşmaya əsasən, Azərbaycan 2021-ci ilin yanvar ayından gündəlik xam neft hasilatını 595 min barrel səviyyəsində saxlamalıdır.