Dünyanın ən uca zirvəsi – Everest (Comolunqma) bir qədər də ucalıb. Novator.az xəbər verir ki, bunu Çin və Nepal alimləri müəyyən ediblər.
Everest zirvəsi Çinlə Nepalın sərhədində yerləşir.
1954-cü ildə Hindistan alimləri Everestin hündürlüyünün 8848 metr olduğunu müəyyənləşdiriblər və o vaxtdan bu, elmi cəhətdən əsaslandırılmış dəlil kimi qəbul olunub.
2015-ci ildə Himalay dağ silsiləsində baş verən güclü zəlzələdən sonra geoloqlar Everest yüksəkliyində dəyişiklik ola biləcəyini söyləmişdilər.
Çin və Nepal alimlərinin yeni araşdırması bu ehtimalı təsdiqləyib.
Yeni ölçmə zamanı Everest zirvəsinin bir metrə qədər ucaldığı, hazırda 8848 metr 86 santimetr hündürlüyündə olduğu üzə çıxıb.
Mənbə: Meduza.io