• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Büdcə layihəsi: hara nə qədər xərclənəcək?

  • 21 Dekabr 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

2021-ci ilin dövlət büdcəsinin layihəsi Milli Məclisə təqdim olunub. Maliyyə Nazirliyinin yaydığı layihədə gəlirlər 25 milyard 427 milyon manat, xərclər 28 milyard 543 milyon manat nəzərdə tutulur. Cari xərclər ümumi xərclərin 63,1 faizi, əsaslı xərclər 29,2 faizi həcmində, dövlət borcuna xidmətlə bağlı xərclər 7,7 faizi həcmində göstərilir.

Sosial xərclər (əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərcləri) 11 milyard 111,9 milyon manat məbləğində proqnozlaşdırılır.

Layihəyə əsasən, dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 116 milyon manat məbləğində olacaq.

Novator.az bildirir ki, iqtisadi fəaliyyətə 5 milyard 947,4 milyon manat, müdafiə və milli təhlükəsizlik sektoruna 4 milyard 585,8 milyon manat, ümumi dövlət xidmətlərinə 4 milyard 159,7 milyon manat, sosial müdafiə və sosial təminata 3 milyard 692,7 milyon manat, təhsilə 3 milyard 277,6 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluğa 2 milyard 92,8 milyon manat, səhiyyəyə 1 milyard 409 milyon manat, kənd təsərrüfatına 943 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətə 418,1 milyon manat, ətraf mühitin mühafizəsinə 275,5 milyon manat, mənzil və kommunal təsərrüfatına 262,8 milyon manat, əsas bölmələrə aid edilməyən xərclərə 1 milyard 478,1 milyon manat yönəltmək nəzərdə tutulur.

Dövlət Neft Fondunun büdcəyə köçürəcəyi vəsait 12,2 milyard manat məbləğində rəsmiləşir. 7 milyard 250 milyon manat Dövlət Vergi Xidmətinin, 3 milyard 900 milyon manat Dövlət Gömrük Komitəsinin üzərinə düşür.

Büdcə zərfinə daxil olan digərə sənədlərə gəlincə, Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri 5 milyard 146 milyon manat, işsizlikdən sığorta fondunun gəlir və xərcləri 157,7 milyon manat nəzərdə tutulur.

Ünvanlı dövlət sosial yardımının təyinatı üçün ehtiyac meyarının həddi 170 manat, yaşayış minimumu ölkə üzrə 196 manat götürülür.

“Vaşinqton Post”da xəbərdarlıq: İki vəziyyətə hazı...

  • 21 Dekabr 2020
  • comments

Niyə pişiklər koronavirusdan tez sağalır? – ...

  • 21 Dekabr 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda