• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropa kubokları: gələn mövsümün ilkin sxemi

  • 21 Dekabr 2020
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

2021-2022-ci illər mövsümündə Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) üç klub turniri olacaq: Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası.

Novator.az bildirir ki, Çempionlar Liqasında beş ələmə mərhələsi nəzərdə tutulur.

Kosovo, Farer adaları, Andorra, San Marino çempionları yarışa ilkin raunddan başlayır.

Yunanıstan, Serbiya, Xorvatiya, İsveç, Norveç, İsrail, Qazaxıstan, Belarus, Azərbaycan, Bolqarıstan, Rumıniya, Polşa, Slovakiya, Sloveniya, Macarıstan, Lüksemburq, Litva, Ermənistan, Latviya, Albaniya, Şimali Makedoniya, Bosniya, Moldova, İrlandiya, Finlandiya, Gürcüstan, Malta, İslandiya, Uels, Şimali İrlandiya, Cəbəllütariq, Monteneqro, Estoniya çempionları yarışa birinci mərhələdən qoşulur.

Çexiya, Kipr, İsveçrə çempionları ikinci mərhələdən start götürür. Niderland, Türkiyə, Avstriya, Danimarka, Şotlandiya, Çexiya çempionatlarının gümüş mükafatçıları da bu sıradadır.

Danimarka, Şotlandiya çempionları üçüncü mərhələdə yer alırlar. Eyni raunda Fransa ilə Portuqaliyanın bürünc, Rusiya, Belçika, Ukraynanın gümüş mükafatçıları da buraxılır.

Türkiyə, Avstriya çempionları rəqiblərini dördüncü mərhələdə gözləyir.

İspaniya, İngiltərə, Almaniya, İtaliya çempionatlarını ilk dörd sırada bitirən komandalar, Fransa ilə Portuqaliyanın çempionları və gümüş mükafatçıları, Rusiya, Belçika, Ukrayna, Niderland çempionları qrup mərhələsində qərar tutur.

Belçika, Ukrayna, Niderland, Türkiyə, Avstriya, Danimarka, Şotlandiyanın kubok sahibləri Avropa Liqasında bir, Çexiya kubokunun sahibi iki ələmə mərhələsindən keçməlidir.

Qrup mərhələsinə vəsiqə İspaniya, İngiltərə, Almaniya, İtaliya, Fransa, Portuqaliya, Rusiyanın kubok sahiblərinə, İspaniya, İngiltərə, Almaniya, İtaliyanın beşinci komandalarına, Fransanın dördüncü komandasına verilir.

Çempionlar Liqasının ikinci, üçüncü, dördüncü mərhələlərində ələnən komandalar Avropa Liqasına transfer olunur.

Konfrans Liqasında qrup raunduna qədər dörd ələmə mərhələsi var.

Birinci mərhələyə Polşanın bürünc mükafatçısı, Slovakiyanın gümüş və bürünc mükafatçıları, Sloveniya, Macarıstan, Lüksemburq, Litva, Ermənistan, Latviya, Albaniya, Şimali Makedoniya, Bosniya, Moldova, İrlandiya, Finlandiya, Gürcüstan, Malta, İslandiya, Uels, Şimali İrlandiya, Cəbəllütariq, Monteneqronun kubok sahibləri, gümüş və bürünc mükafatçıları, Estoniya, Kosovo, Farer adaları, Andorra, San Marinonun kubok sahibləri və gümüş mükafatçıları bilet alır.

İkinci raundda Portuqaliyanın beşinci, Rusiya, Belçika, Ukrayna, Niderland, Türkiyə Avstriya, Danimarkanın dördüncü, Şotlandiya, Çexiyanın üçüncü və dördüncü komandaları, Kipr, İsveçrə, Yunanıstan, Serbiya, Xorvatiya, İsveç, Norveç, İsrail, Qazaxıstan, Belarus, Azərbaycan, Bolqarıstan, Rumıniyanın kubok sahibləri, gümüş və bürünc mükafatçıları, Polşa kubokunun sahibi və gümüş mükafatçı, Slovakiya, Lixtenşteynin kubok sahibləri var.

Rusiya, Belçika, Ukrayna, Niderland, Türkiyə Avstriya, Danimarkanın bürünc mükafatçıları üçüncü mərhələdən start götürür.

Dördüncü mərhələyə İspaniya, İngiltərə, Almaniya, İtaliyada altıncı, Fransada beşinci, Portuqaliyada dördüncü olmuş komandalar vəsiqə götürür.

Çempionlar Liqasının ilkin və birinci mərhələlərində, Avropa Liqasının təsnifat raundlarında ələnən komandalar Konfrans Liqasına köçür.

Reqlamentə görə, Çempionlar Liqasının qrup mərhələsində üçüncü yeri tutan komandalar Avropa Liqasına, Avropa Liqasının qrup mərhələsində üçüncü yeri tutan komandalar Konfrans Liqasına ələnir.

Çempionlar Liqasının finalına Rusiyanın Sankt-Peterburq şəhəri, Avropa Liqasının finalına İspaniyanın Sevilya şəhəri, Konfrans Liqasının finalına Albaniya paytaxtı Tirana ev sahibliyi edəcək.

Mənbə: Kassiesa.net

Pandemiya siniri (Hekayə)

  • 21 Dekabr 2020
  • comments

Hasilat və ixracda azalma

  • 21 Dekabr 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Əhalinin təbii artımı (Beynəlxalq statistika)

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Demokratın kədəri, qəlbi

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

ABŞ – Avropa: kimin üzü gülür?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Ada dövlət qərq olur

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Əhalinin təbii artımı (Beynəlxalq statistika)

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Əhalinin təbii artımı (Beynəlxalq statistika)

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Demokratın kədəri, qəlbi

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

ABŞ – Avropa: kimin üzü gülür?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda