• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İcbari tibbi sığorta: vəsaitlər üzrə qayda rəsmiləşib

  • 16 Dekabr 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Nazirlər Kabineti icbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi qaydasını təsdiqləyib. Novator.az-ın məlumatına görə, sənəddə icbari tibbi sığortanın maliyyə mənbələri belə sıralanır: sığorta haqları, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına ödənən sığorta haqları; subroqasiya hüququnun istifadəsi nəticəsində əldə edilən gəlirlər; icbari tibbi sığorta üzrə sərbəst vəsaitlərin idarə olunması nəticəsində əldə edilən gəlirlər; müştərək maliyyələşmə məbləği; qanunvericiliklə müəyyən olunmuş qaydada cəlb edilmiş borc; qrantlar, ianələr və yardımlar; tətbiq olunan cərimələrdən, maliyyə sanksiyalarından və hesablanmış faizlərdən daxilolmalar; prezidentin nəzərdə tutduğu, habelə qanunla qadağan olunmayan digər mənbələr.

İlin sonuna icbari tibbi sığorta fondunun istifadə olunmamış vəsaitləri sığorta ehtiyatlarına yönəldilir və bu vəsait fondun xərclərinin maliyyələşdirilməsində istifadə olunur. Müştərək maliyyələşmə məbləği istisna olmaqla digər mənbələrdən icbari tibbi sığorta fonduna daxil olan vəsaitlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bank hesabına toplanıb istifadə edilir. İcbari tibbi sığorta vəsaitlərinin, o cümlədən həmin vəsaitlər üzrə gəlir və xərclərin uçotunu agentlik aparır. Agentlik icbari tibbi sığorta fondunun gəlir və xərcləri barədə illik hesabatı növbəti il iyunun 30-dək prezidentə təqdim edir.

Azərbaycanda icbari tibbi sığortanın inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı belədir:

Naxçıvan Muxtar Respublikası, Mingəçevir şəhəri, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonları – 2020-ci ilin yanvarından;

Gəncə, Naftalan və Şirvan şəhərləri, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonları – 2021-ci ilin yanvarından;

Bakı, Sumqayıt, Xankəndi şəhərləri, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonları – 2021-ci ilin aprelindən.

Ölkənin üç rəhbərindən ikisi Lavrovu qəbul etmədi

  • 16 Dekabr 2020
  • comments

Gürcüstan: müxalifət çöldə, hökumət iş başında

  • 16 Dekabr 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Səhiyyə
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda