• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gürcüstan: müxalifət çöldə, hökumət iş başında

  • 16 Dekabr 2020
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Gürcüstanda mübahisəli parlament seçkisinin doğurduğu siyasi böhran davam edir.

Seçki iki turda – oktyabrın 31-i və noyabrın 21-də keçirilib. Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası 150 yerlik parlamentə 90 mandat əldə edib. Hökumət qurmaq üçün 76 mandat kifayətdir.

Vahid Milli Hərəkat Partiyasının yaratdığı müxalif “Güc birlikdədir” bloku 36 mandata sahib çıxıb, qalan 24 mandat yeddi siyasi qüvvə arasında bölünüb.

Seçkinin rəsmi nəticələri ilə barışmayan “Güc birlikdədir” bloku və daha dörd müxalif qurum mandatlardan imtina edib. Bu istək rəsmiləşib, parlamentdə 50 yer boş qalıb.

Novator.az bildirir ki, Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadze dekabrın 15-də qurumdan istefa verib. O, qərarını partiyadaxili ziddiyyətlərlə əsaslandırıb.

1958-ci il təvəllüdlü Qriqol Vaşadze xarici işlər nazirinin müavini, mədəniyyət, abidələrin mühafizəsi və idman naziri, xarici işlər naziri postlarını tutub, 2018-ci ilin prezident seçkisində birləşmiş müxalifətin vahid namizədi olub.

Əsası 2001-ci ildə qoyulan Vahid Milli Hərəkat Partiyasının qurucusu sabiq prezident Mixail Saakaşvilidir.

Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası isə baş nazir vəzifəsinə yenidən Georgi Qaxariyanın namizədliyini irəli sürüb.

1975-ci ildə doğulan Georgi Qaxariya Tbilisi Dövlət Universitetini tarixçi, Moskva Dövlət Universitetini politoloq ixtisası ilə bitirib. 2016-2017-ci illərdə iqtisadiyyat və davamlı inkişaf naziri, 2017-ci ildən daxili işlər naziri olub. 2019-cu il sentyabrın 8-dən baş nazirdir.

Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası 2012-ci ildə yaradılıb, həmin il və 2016-cı ildə keçirilmiş parlament seçkilərində çoxluq əldə edərək hökumət qurub.

Partiyaya milyarder Bidzina İvanişvili sədrlik edir. Dövlət başçısı Salome Zurabişvili 2018-ci ilin prezident seçkisində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının namizədi olub.

Mənbə: Sputnik-georgia.ru

İcbari tibbi sığorta: vəsaitlər üzrə qayda rəsmilə...

  • 16 Dekabr 2020
  • comments

Rusiyanın niyyəti

  • 16 Dekabr 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda