Prezident İlham Əliyev dekabrın 15-də sərəncamlar imzalayaraq bir qrup hərbi qulluqçunu təltif edib. “Azərbaycan Bayrağı” ordeni alanların içində general-leytenantlar Məmmədov Araz Məmməd oğlu, Piriyev Heydər Kamal oğlu, general-mayorlar Ağayev Zakir Samiddin oğlu, İbrahimov Azər Oqtay oğlu da var.
General-leytenantlar Əkbərov İsmayıl Bayram oğlu, Sadiqov Rəşad Heydər oğlu, Şirinzadə Firuz Böyükağa oğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, general-leytenantlar Ələkbərov Azad Qaçay oğlu, Hacıyev Ehram Arif oğlu, Tağızadə Fərhad Sabir oğlu, general-mayorlar Əliyev Rasim Məmmədəli oğlu, Nəcəfov Hilal Əlimurad oğlu, Verdiyev Elşən Ələkbər oğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, kontr-admiral Bəkirov Sübhan Kamal oğlu, general-mayorlar Əliyev İkram Zülfü oğlu, Hüseynov Ayaz Əvəz oğlu, İbrahimov Elçin Zaur oğlu, Rzayev Mübariz Balağa oğlu, Şahverdiyev Mayıl Seminar oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni alanlar arasındadır.
“Vətən uğrunda” medalı ilə təltif edilənlərin siyahısında general-mayorlar Babayev Rasim Rza oğlu, Əfəndiyev Ənvər Zəkəriyyə oğlu, Xəlilov Elçin Xəzənağa oğlu, İsmayılov Rauf Arif oğlu da yer alır.
Qəhrəman adı alan, təltif edilən hərbçilər
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox kənd və qəsəbəsi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb.
Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır.
Rəsmi hesabata görə, müharibədə Silahlı Qüvvələrin 2783 hərbi qulluqçusu şəhid olub.