• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Virusa yoluxan prezident ay yarımdan sonra efirdə görünüb VİDEO

  • 15 Dekabr 2020
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiVideoXəbər

Oktyabrın sonlarında koronavirus diaqnozu ilə Almaniyaya müalicəyə aparılan Əlcəzair prezidenti Əbdülməcid Tebbun ilk dəfə efirə çıxıb.

Novator.az saytı Almaniyanın “Deutsche Welle” kanalına istinadla xəbər verir ki, prezident Əlcəzairin dövlət televiziyası ilə yayılan çıxışı zamanı virusdan qurtulduğunu, səhhətinin yaxşılaşmağa doğru getdiyini və tezliklə vətənə qayıdacağına ümid etdiyini bildirib. Amma o, sağlamlığının tam bərpasının hələ iki-üç həftə çəkəcəyini də vurğulayıb: “İnşallah, fiziki gücümü bərpa edərəm və tezliklə ölkəyə dönüb yeni Əlcəzair quruculuğunu birgə davam etdirərik”.

Əbdülməcid Tebbunun hazırda harada olduğu barədə rəsmi məlumat açıqlanmayıb. Çıxışında o özü də buna toxunmayıb. Amma prezidentin yenə Almaniyada olduğu güman edilir.

Çıxışında Əbdülməcid Tebbun Əlcəzairdə baş verənləri daima izlədiyini deyib.

Əbdülməcid Tebbun ictimaiyyət qarşısında son dəfə oktyabr ayının ortalarında Fransanın xarici işlər nazirini qəbul edərkən görünmüşdü.

Siqaret həvəskarı olan 75 yaşlı prezident oktyabrın 28-də təyyarəylə Almaniyaya aparılıb və orada xəstəxanaya yerləşdirilib. Əlcəzair hakimiyyəti prezidentin COVİD-19 virusuna yoluxduğunu açıqlayıb.

Bu ay Əbdülməcid Tebbunun prezident seçilməsindən bir il ötür.

Dövlət başçısının uzunmüddətli yoxluğu onun ölkəsində institusional böhranın yaranacağı sarıdan narahatlıqlara səbəb olub. Əbdülməcid Tebbun çox az vətəndaşın qatıldığı son referendumda səs qazanmış yeni konstitusiyanı hələ təsdiqləməyib. O, dekabrın 31-dək 2021-ci ilin dövlət büdcəsini də təsdiqləməlidir.

Hazırkı dövlət başçısının səssizliyi bir çox əlcəzairlilərə tez-tez xarici ölkələrdə xəstəxanaya yerləşdirilən əvvəlki prezident Əbdüləziz Butefliki xatırladır.

Əbdüləziz Buteflik son illərdə nadir hallarda ictimaiyyət qarşısına çıxırdı. O, 2013-cü ildə insult keçirsə də, Fransada və İsveçrədə müalicə alıb qayıdandan sonra ölkəni idarə etməkdə davam edirdi. Ordunun aylarla sürən etirazlarından, təzyiqlərindən sonra Əbdüləziz Buteflika vəzifəsindən uzaqlaşdırıldı. 2019-cu ildə ölkədə yeni prezident seçkisi keçirildi. Əbdülməcid Tebbun həmin seçkidə qalib gələrək prezident olub.

Mənbə: Dw.com

Təzyiqlərə necə cavab verməli?

  • 15 Dekabr 2020
  • comments

Yoluxma və itki

  • 15 Dekabr 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda