Novator.az saytı 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək aparılmış Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısına nəzər salıb.
Rəsmi hesabata görə, müharibədə Silahlı Qüvvələrin 2783 hərbi qulluqçusu şəhid olub.
Müdafiə Nazirliyi aralarında mülki qulluqçuların, əsgər, çavuş, gizir, miçman və zabitlərin (kiçik leytenant, leytenant, baş leytenant, kapitan, kapitan-leytenant, mayor, polkovnik-leytenant, polkovnik) olduğu 2756 şəhidin siyahısını yayıb.
146 şəhid 2002-ci il təvəllüdlü, 314 şəhid 2001-ci il təvəllüdlü, 161 şəhid 2000-ci il təvəllüdlüdür.
1999-cu ildə doğulmuş 180 nəfər, 1998-ci ildə doğulmuş 215 nəfər, 1997-ci ildə doğulmuş 200 nəfər, 1996-cı ildə doğulmuş 235 nəfər, 1995-ci ildə doğulmuş 190 nəfər şəhid olub.
1994-cü il təvəllüdlü 173 şəhid, 1993-cü il təvəllüdlü 155 şəhid, 1992-ci il təvəllüdlü 132 şəhid, 1991-ci il təvəllüdlü 108 şəhid, 1990-cı il təvəllüdlü 93 şəhid var.
Digər illərdə doğulmuş şəxslər üzrə şəhid sayı belədir:
1989-cu il – 84 nəfər
1988-ci il – 45 nəfər
1987-ci il – 53 nəfər
1986-cı il – 46 nəfər
1985-ci il – 35 nəfər
1984-cü il – 32 nəfər
1983-cü il – 25 nəfər
1982-ci il – 21 nəfər
1981-ci il – 17 nəfər
1980-ci il – 17 nəfər
1979-cu il – 15 nəfər
1978-ci il – 17 nəfər
1977-ci il – 17 nəfər
1976-cı il – 3 nəfər
1975-ci il – 9 nəfər
1974-cü il – 5 nəfər
1973-cü il – 5 nəfər
1972-ci il – 3 nəfər
1971-ci il – 3 nəfər
1970-ci il – 1 nəfər
1965-ci il – 1 nəfər.
Ermənistan 1988-1994-cü illərin hərbi təcavüzündə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı bölgələri ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb.
Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır.