• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sizə koronavirus peyvəndi vurulsa… – “Reuters”in şərhi

  • 14 Dekabr 2020
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetŞərh

Təsəvvür edin ki, sizə koronavirus əleyhinə vaksin vurulub. Bundan sonra nə olacaq? Peyvəndin nə kimi faydaları və əks təsirləri var? Peyvənd insanı virusdan nə dərəcədə qoruyur? “Reuters” agentliyi suallara aydınlıq gətirmək üçün material yayıb. Novator.az saytı materialı ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır. Dina Bizlinin müəllifi olduğu yazıda suallara ABŞ-ın “Pfizer” şirkəti ilə Almaniyanın “BioNTech” şirkətinin birgə hazırladığı vaksin nümunə gətirilməklə cavab verilib. “Pfizer”-“BioNTech” vaksini Qərbdə koronavirusa qarşı kütləvi istifadəsinə lisenziya verilmiş ilk peyvənddir. Bu peyvəndin kütləvi tətbiqinə dekabrın 2-də Böyük Britaniyada, ayın 10-da ABŞ-da icazə verilib.

Vaksin vurulandan sonra nə baş verir?

COVİD-19 peyvəndi koronavirusun genetik kodundan istifadə edilməklə, məlumat RNT-si əsasında hazırlanıb. Bu peyvənd qol nahiyəsinə vurulur.

Vaksin üç həftəlik intervalla iki dəfə, yəni iki dozada vurulur.

Sınaqlar zamanı peyvəndin koronavirus infeksiyasına qarşı 95%-ə qədər effektiv olduğu təsdiqlənib.

“Pfizer” şirkəti sınaqlara qatılan könüllülərdə əsasən yüngül və orta səviyyədə əks təsirlərin müşahidə olunduğunu və bu təsirlərin tez bir zamanda yoxa çıxdığını bildirib.

Ciddi əks təsirlər əsasən ikinci dozadan sonra qeydə alınıb: könüllülərin 3,8%-də halsızlıq, 2%-də baş ağrısı olub.

Yaşlı pasiyentlərdə əks təsirlərin daha yüngül formada olduğu müşahidə edilib.

Vaksin müdafiəni necə təmin edir?

ABŞ-ın Qida və Dərman Administrasiyasının rəsmi məlumatına görə, ilk inyeksiyadan (birinci doza) sonra vaksin orqanizmi müdafiə etməyə başlayır, ikinci inyeksiyadan (ikinci doza) bir həftə sonra isə orqanizmin tam müdafiəsi prosesi start götürür.

Peyvənd vurulmuş şəxslərin başqalarını koronavirusa yoluxdurub-yoluxdurmadığını müəyyən edə biləcək klinik testlər hələ hazır deyil.

Bəzi peyvəndlər, məsələn, Hepatit A virusuna qarşı vaksin sterilizasiya immuniteti kimi tanınan müdafiəni tam təmin edə bilir, amma başqa peyvəndlərdə bu xüsusiyyət yoxdur.

COVİD-19 vaksinini hazırlayanlar bu dərmanın xəstəliyin qarşısını alıb-almayacağını bütün incəliklərinə qədər öyrənməyə çalışırlar. Amma peyvəndin insanları koronavirusdan hansı müddətə qoruduğu hələ bir neçə ay sonra bilinəcək.

ABŞ-ın Cons Hopkins Universitetinin nəzdində fəaliyyət göstərən Blumberq İctimai Səhiyyə Məktəbinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Anita Şet vaksinlə bağlı məsələlərə tam aydınlıq gələnə qədər kafe və restoranlardan, habelə insanların sıx toplaşdığı yerlərdən uzaq durmağı tövsiyə edib.

Vaksin normal həyata qayıtmağa imkan verəcəkmi?

Peyvəndin virusa yoluxmanın qarşısını tam alıb-almadığı, ümumiyyətlə hər hansı vaksinin yüz faiz effekt verdiyi sübuta yetirilmədiyi üçün alimlər ayıq-sayıqlığı itirməməyə, yenə də daima ehtiyatlı davranmağa çağırır, maska taxmaq, tez-tez əlləri yumaq və sosial məsafə saxlamaq kimi qaydalara əməl etməyi məsləhət görürlər.

ABŞ-ın Kolorado Tibb Universitetinin infeksion xəstəliklər üzrə baş direktoru Mişel Barron bütün vaksinlər kimi koronavirus peyvəndinin də bəzilərinə çox yaxşı təsir edəcəyini, bəziləri üçün isə effektiv olmayacağı qənaətindədir.

Vaksinasiya başlayıbsa, bu o deməkdirmi ki, daha rahatca təyyarəyə minmək və ya evə 30 nəfəri qonaq çağırmaq olar? Vaksinasiya bu anlama gəlirmi? Mişel Barron suala belə cavab verib: “Yəqin ki, yox”.

Doktor Barron onu da bildirib ki, vaksinasiya prosesinin gələn ilin yayına qədər əhalinin mütləq əksəriyyətini əhatə edəcəyinə inanmaq çətindir.

Dina Bizli

Mənbə: Reuters.com

Harada ərzağa nə qədər xərc çəkirlər?

  • 14 Dekabr 2020
  • comments

Virusla cəngdə

  • 14 Dekabr 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Viran vücuddan qaçış

GLOBALS:0

Tags

  • Elm
  • Səhiyyə

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda