Dekabrın 14-də UEFA Çempionlar Liqasının 1/8 finalının püşkü atılıb. Novator.az nəticələri təqdim edir:
“Borussiya” (Mönhenqladbah, Almaniya) – “Mançester Siti” (İngiltərə)
“Latsio” (İtaliya) – “Bavariya” (Almaniya)
“Atletiko” (İspaniya) – “Çelsi” (İngiltərə)
“Leypsiq” (Almaniya) – “Liverpul” (İngiltərə)
“Portu” (Portuqaliya) – “Yuventus” (İtaliya)
“Barselona” (İspaniya) – PSJ (Fransa)
“Sevilya” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya)
“Atalanta” (İtaliya) – “Real” (İspaniya).
1/8 final 2021-ci ilin fevral-mart aylarında keçiriləcək.
1955-ci ildə yaradılmış, 1991-ci ilə qədər Çempionlar kuboku adlanmış turnirdə “Real” 13, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Yuventus” və “Portu” 2, “Borussiya” (Dortmund) və “Çelsi” 1 titula sahibdir.