• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Peyvənd nə vaxt immunitet yaradır?

  • 11 Dekabr 2020
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetŞərh

Dünyanın bəzi ölkələrində artıq əhalinin koronavirusa qarşı peyvənd olunmasına başlanıb.

ABŞ-ın baş infeksionisti, Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi CNN kanalının təşkil etdiyi müzakirə zamanı deyib ki, hazırda verilən əsas suallardan biri peyvənd olunan adamda virus əleyhinə immunitetin neçə günə yaranması haqdadır.

Entoni Fauçi suala “Moderna” və “Pfizer”-“BioNTech” vaksinlərinin timsalında cavab verib.

Koronavirusa qarşı istər sınaqdan keçirilən, istərsə də tətbiqinə başlanan peyvəndlər sırasında ən uğurluları sayılan bu vaksinlərdən birincisini ABŞ-ın “Moderna” şirkəti istehsal edib, ikincisini isə ABŞ-ın “Pfizer” şirkəti ilə Almaniyanın “BioNTech” şirkəti birgə hazırlayıb.

Novator.az-ın məlumatına görə, Entoni Fauçi deyib ki, virusa qarşı tam immunitet vaksinin ikinci dozasını qəbul edəndən bir həftə-on gün sonra yaranır: “Haqqında danışdığımız hər iki vaksin – həm “Moderna”, həm də “Pfizer”-“BioNTech” vaksini praym-bust strategiyasına əsaslanır, yəni birinci dozadan üç-dörd həftə sonra ikinci doza vurulur”.

ABŞ-ın baş infeksionistinin sözlərinə görə, birinci doza vurulandan sonra insanda immunitet yaranır, ancaq bu, optimal variant deyil. Ona görə üç-dörd həftə sonra ikinci doza da vurulur və təxminən yeddi-on günə insanda optimal immunitet yaranır.

Entoni Fauçi qeyd edib ki, vaksinin təmin etdiyi müdafiə nə vaxtsa COVİD-19 infeksiyasına yoluxmuş şəxsdə əmələ gələn immunitet qədər güclü olur: “Vaksinə nəzər salsaq görərik ki, neytrallaşdırıcı anticisimlərin səviyyəsi və keyfiyyəti faktiki olaraq yoluxmuş və immun reaksiyası formalaşdırmış şəxslərin qan plazmasına bərabər, hətta ondan daha yaxşıdır. Bu, infeksiyaya qarşı təbii reaksiya qədər effektivdir”.

2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus infeksiyası 196 ölkə, ərazi və məkanda 1 milyon 591 mindən çox adamın ölümünə səbəb olub.

Mənbə: CNN.com

Bayram və anım təqvimi necə yenilənir?

  • 11 Dekabr 2020
  • comments

Pakistanlı general sonuncu Qarabağ müharibəsini ne...

  • 11 Dekabr 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Viran vücuddan qaçış

GLOBALS:0

Tags

  • Səhiyyə

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda