Namibiya parlamentinin deputatı, Cənub-Qərbi Afrika Xalqları Təşkilatının təmsilçisi Adolf Hitler Uunona nasist lideri Adolf Hitlerə rəğbət bəsləmədiyini söyləsə də, adını dəyişdirə bilməyəcəyini də vurğuıayıb.
Novator.az-ın məlumatına görə, siyasətçi adının tarixçəsi barədə qısaca bunları deyib: “Adımı özüm seçməmişəm. Mənə bu adı atam verib. Düzdür, atam mənə Adolf Hitlerin adını qoyub, ancaq bu o demək deyil ki, mən xaraktercə Üçüncü Reyxin rəhbərinə, diktator Hitlerə bənzəyirəm. Bilirəm, o, çox günahsız insanı qətlə yetirib”.
Deputat Adolf Hitler Uunona indən belə adını dəyişdirməyi mümkünsüz saydığını diqqətə çatdırıb.
Cənub-Qərbi Afrika Xalqları Təşkilatındakı əqidədaşları Adolf Hitler Uunonanı səmimi, əməksevər, yaxşı adam kimi xarakterizə edirlər.
Afrika ölkəsi olan Namibiya 1884-cü ildən Birinci Dünya müharibəsinin sonunadək almanların koloniyası olub.
Mənbə: Lenta.ru