Veteran futbolçu Paolo Rossi dekabrın 9-u axşam vəfat edib.
Novator.az bildirir ki, 1956-cı il sentyabrın 23-də İtaliyanın Prato şəhərində doğulan, bütün karyerasını öz ölkəsində keçirən Paolo Rossi 1973-1975 və 1981-1985-ci illərdə “Yuventus”un, 1975-1976-cı illərdə “Komo”nun, 1976-1979-cu illərdə “Viçentsa”nın, 1979-1980-ci illərdə “Peruca”nın, 1985-1986-cı illərdə “Milan”ın, 1986-1987-ci illərdə “Verona”nın hücumçusu olub.
İkiqat İtaliya çempionu, İtaliya kubokunun, UEFA Çempionlar kubokunun, Kuboklar kubokunun və superkubokunun sahibidir.
1977-1986-cı illərdə İtaliya milli komandasında çıxış edən Paolo Rossi 1982-ci ildə dünya çempionu adını qazanıb, həmin il Avropanın ən yaxşı futbolçusu kimi “Qızıl top” mükafatı alıb.