UEFA Çempionlar Liqasının qrup mərhələsində son tur start götürüb. Novator.az-ın məlumatına görə, dekabrın 8-də keçirilmiş oyunlarda F qrupundan “Latsio” (İtaliya), H qrupundan “Leypsiq” (Almaniya) və PSJ (Fransa) 1/8 finala adlayıblar.
A qrupundan “Bavariya” (Almaniya), C qrupundan “Mançester Siti” (İngiltərə) və “Portu” (Portuqaliya), D qrupundan “Liverpul” (İngiltərə), E qrupundan “Çelsi” (İngiltərə) və “Sevilya” (İspaniya), F qrupundan “Borussiya” (Dortmund, Almaniya), G qrupundan “Barselona” (İspaniya) və “Yuventus” (İtaliya) 1/8 final vəsiqəsini daha əvvəl təmin ediblər.
Mənbə: Ntvspor.net