• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Fransada müəllimin başını kəsən gənc Çeçenistanda dəfn olunub

  • 07 Dekabr 2020
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiXəbər

Fransada orta məktəb müəllimi Semuel Patini qətlə yetirmiş Abdullah Anzorovun meyiti vətəninə verilib.

Abdullah Anzorov Semuel Patini bu ilin oktyabrında Fransa paytaxtı yaxınlığındakı Konflan-Sent-Onorin şəhərində öldürüb.

Pati söz azadlığından dərs dediyi vaxt orta məktəb şagirdlərinə Məhəmməd peyğəmbərin 2008-ci ilin iyulunda “Charlie Hebdo” jurnalında dərc olunan karikaturasını nümayiş etdiribmiş. Həmin karikatura “Charlie Hebdo” jurnalında çap edildiyi dövrdə müsəlmanların çox böyük etirazlarına səbəb olmuş, hətta bu etirazlar qətllərə, terror hadisələrinə gətirib çıxarmışdı.

18 yaşlı Abdullah Anzorov karikaturanı nümayiş etdirdiyinə görə 47 yaşlı müəllimini cəzalandırmaq qərarına gəlib. O, oktyabrın 16-da məktəbin yaxınlığında Semuel Patinin başını kəsib. Daha sonra özü polisin odlu silahdan açdığı atəşdən ölüb.

Abdullah Anzorov çeçen əsilli müsəlmandır. O, Fransada rusiyalı mühacir kimi yerləşibmiş.

Novator.az saytı Rusiyada ingilis dilində nəşr olunan “The Moscow Times” qəzetinə istinadla bildirir ki, Fransa Abdullah Anzorovun cənazəsini Rusiyaya verib.

Anzorov dekabrın 6-da Çeçenistanın Urus-Martan rayonunun Şalaji kəndində dəfn olunub. Dəfndə Aznarovlar ailəsinin qohumları, dostları, təxminən 200 nəfərədək adam iştirak edib.

“Twitter” şəbəkəsindəki “Baza” səhifəsində dəfndən video yayılıb.

Fransa polis Semuel Patinin qətlində daha üç şagirdi şübhəli bilir. 13-14 yaşlarında olan, hazırda Fransa polisinin nəzarətində saxlanan həmin şagirdlər Abdullah Anzorovla əlbir olmaqda, terror hadisəsində iştirak etməkdə günahlandırılırlar.

В Урус-Мартановском районе Чечни с почестями похоронили Абдуллака Анзорова – юношу, который ранее убил во Франции учителя и отрезал ему голову. pic.twitter.com/4vjFVAZNLC

— baza (@bazabazon) December 6, 2020

Mənbə: Themoscowtimes.com

Hərbi vəziyyət götürülür və…

  • 07 Dekabr 2020
  • comments

Maskanın əhəmiyyətini dərk edənlərin sayı artır – ...

  • 07 Dekabr 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hadisə
  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda