Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu dekabrın 7-də dünyada silah satışına dair illik hesabatını açıqlayıb.
Hesabat 2019-cu ilə aid nəticələri əks etdirir.
Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, 2019-cu ildə dünyada 361 milyard dollarlıq silah satılıb. Bu, 2018-ci illə müqayisdə 8,5% çoxdur.
Rəsmi hesabatda qlobal silah bazarında ABŞ-ın liderliyi qoruduğu bildirilir. Satılan silahların 61%-i ABŞ-ın 12 şirkətinin payına düşür.
İkinci yerdə Çin (4 şirkət) gəlir. Ötən il dünyada satılan silahların 16%-i Çin istehsalıdır.
Üçüncü yeri (2 şirkət) 3,9%-lə Rusiya tutur.
Hesabatda dünyanın ən iri 25 silah şirkətinin siyahısında ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirliklərinin EDGE firmasının da adı çəkilir. EDGE-nin 2019-cu ildə 4,75 milyard dollarlıq silah satdığı vurğulanır.
Stokholm institutu hərbi sənaye üzrə məlumat bazasını 1989-cu ildə yaradıb. Bazada ölkələrin həm daxili, həm də xarici bazarlarda satdığı silahlar hesablanır.
Mənbə: Sipri.org