• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azalmalara izahat, suallar

  • 07 Dekabr 2020
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

İqtisadçı Rövşən Ağayev bəzi sosial-iqtisadi göstəriciləri şərh edib. Novator.az-ın məlumatına görə, ekspert özünün “Facebook” səhifəsində yazır ki, Azərbaycanın rəsmi statistikası son 10 ildə, hətta iqtisadiyyatın dərin şok yaşadığı 2015-2016-cı illərdə əhalinin real gəlirlərinin azalmasını göstərməmişdi: “2020-ci ilin yanvar-oktyabr aylarının nəticələrinə əsasən, əhalinin real gəlirləri 4%-dən çox azalıb”.

Başqa bir məqama diqqət çəkən iqtisadçı qeyd edir ki, koronavirus pandemiyası üzündən iqtisadi fəallığın, eləcə də əmtəə və xidmət idxalına tələbatın kəskin azalması nəticəsində hökumətin məzənnə sabitliyini təmin etmək üçün valyuta bazarına müdaxiləsinə ehtiyac olmadığı görünür: “Tədiyyə balansında 1 milyard dollara yaxın defisit var, ancaq ilin əvvəlindən hökumətin valyuta ehtiyatları əriməyib. Bunun bir səbəbi də biznesin və bankların valyuta yığımlarını bazara buraxması ola bilər.

İlin əvvəlindən kommersiya banklarının xalis xarici aktivləri 1 milyard dollar azalıb. Paralel olaraq banklarda qeyri-maliyyə təşkilatlarına məxsus valyuta depozitləri 1,4 milyard dollara yaxın düşüb. Doğrudur, həmin məbləğin təxminən 200 milyon dolları manatla depozitlərin artımına yönəldilib, amma xalis azalma 1,2 milyard dollardır.

İlin əvvəlindən qeyri-maliyyə təşkilatlarının depozitləri 10%-dən çox, əhalinin depozitləri 8% ətrafında azalıb.

Depozitlərin azalması istənilən halda neqativ prosesdir – bu ya iqtisadiyyatın subyektlərinin durumunun pisləşməsi, cari qazancların azalması səbəbindən yığımlara əl atıldığını göstərir, ya da maliyyə sisteminə etibar azaldığı üçün əhali yığımlarını nağd saxlamağı üstün tutur.

Biznesin valyuta depozitlərinin hansı səbəbdən azaldığını da demək xeyli çətindir, amma bir şey tam aydındır: depozitlərin azalması həmçinin bankların resurs bazasının daralması deməkdir”.

Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda əvvəlki ilin on ayı ilə müqayisədə 3,8 faiz az ümumi daxili məhsul istehsal olunub.

Sənayedə 4,5 faizlik azalma, kənd təsərrüfatında 1,6 faizlik artım qeydə alınıb.

Rəsmi açıqlamaya əsasən, on ayda yük daşınması 18,9 faiz, sərnişin daşınması 39 faiz düşüb, informasiya və rabitə xidmətlərinin həcmi 1,4 faiz yüksəlib.

Əhalinin gəlirlərinin nominal ifadədə 1,4 faiz azaldığı vurğulanır. İstehlak qiymətləri isə 2019-cu ilin on ayına nisbətən 2,8 faiz artıb.

İnflyasiya hesabatı

Sənaye: həm düşmə var, həm artım

Bu il orta maaş necə dəyişib?

İqtisadiyyat kiçilib, ticarət dövriyyəsi daralıb

Makroiqtisadi göstəricilər

Sahələr üzrə orta maaş

İctimai iaşə və ödənişli xidmətlərdə nə qədər azalma var?

Məşğulluq hesabatı

Sərmayə incəlikləri

1995-ci ildən sonra…

Silahlı Qüvvələrə Yardım Fondunun nəyi var?

  • 07 Dekabr 2020
  • comments

Koronavirusla mübarizə üçün yeni plan: “Həyat qalx...

  • 07 Dekabr 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda